23 Noyabr 2017, Cümə axşamı - 11:38

Yeni sıralanma turu qaydası 2016-cı ildə tətbiq edilməyə bilər…

Yeni sıralanma turu qaydası 2016-cı ildə tətbiq edilməyə bilər…

Müəllif: Elçin Zodorov, redaktor

20:39 - 29 Fevral, 2016

Keçən həftə sıralanma turunun formatının dəyişdirilməsi barədə xəbərlər avtoidmanın gündəmində əsas mövzulardan biri idi.

F-1.az xəbər vermişdi ki, sıralanma turunun qaydaları dəyişdirilir və yeni qaydalara görə hər 90 saniyədə bir sürücü mübarizəni dayandırmalıdır.

Lakin daha sonra xəbər vermişdik ki, Berni Ekklstoun yenin qaydanın ilk yarışlardan tətbiqinin mümkünsüzlüyündən bəhs etmişdi və İspaniya Qran Prisindən əvvəl olmayacağını demişdi.

Bu gün İtaliya mətbuatında çıxan xəbərlərdə bəzi komandaların bu qaydanın bu il tətbiq edilməsini istəmədiyi qeyd edilib. Ferrari-nin rəhbəri Mauritsio Arrivabene də bu barədə tərəddüd içərisindədir: “Yeni qayda Formula1-ə daha çox həyəcan qatacaq, yoxsa fiaskoya uğrayacaq? Əvvəlcə bundan əmin olmaq lazımdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 174
Teqlər , , , , ,
Paylaş

logo