13 Dekabr 2017, Çərşənbə - 15:14

Yeni sıralanma turu formatı Melburndan tətbiq olunacaq

Yeni sıralanma turu formatı Melburndan tətbiq olunacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:51 - 02 Mart, 2016

Son günlər Formula1-də yeni sıralanma turunun formatı barədə hər gen yeni xəbərlər səslənir, bu gün də istisna olmayıb.

F-1.az xatırladır ki, keçən həftə Strateji İşçi Qrup və F1 Komissiyası sonuncu olan sürücülərin növbə ilə mübarizədən kənarlaşdırılmasına əsaslanan yeni sıralanma turu formatını təsdiq etmişdilər. Bir neçə gün sonra Berni Ekklstoun bildirdi ki, yenilik İspaniya Qran Prisinə qədər təxirə salınır, çünki FOM teleyayım üçün proqram təminatını və qrafikanı işləyib çatdıra bilmir.

İki gün əvvəl İtaliya mətbuatında bu formatın, ümumiyyətlə, gələn mövsümə keçirilməsi səslənsə də, bu gün Auto Motor und Sport resursu bildirib ki, komandaların nümayəndələri və FİA-nın yarış direktoru Barselonada görüş keçiriblər, görüşdə sıralanma turunun yeni variantı təsdiq olunub. Məhz yeni format mövsümün ilk mərhələsində – Melburnda tətbiq oluna bilər.

Əvvəlki variantdan fərqli olaraq bu dəfə sıralanma turunun birinci və ikinci hissələrinin bütün təfərrüatları dəqiqləşdirilib. Hər iki sessiya 16 dəqiqə davam edəcək və 7-ci dəqiqədən başlayaraq hər 90 saniyə ərzində sonuncu olan sürücü mübarizəni dayandıracaq. Beləliklə, hər sessiyada mübarizəni 7 sürücü dayandıracaq və finala 8 sürücü qalacaq. Bu 8 sürücü keçənilki formatda 12 dəqiqə ərzində poul mövqeyi uğrunda mübarizə aparacaq.

Bu formatın da rəsmən qüvvəyə minməsi üçün martın 4-də keçiriləcək FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında təsdiq olunması gərəkdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 221
Teqlər , , , , , , ,
Paylaş

logo