Yeni sıralanma turu formatı Bəhreyndə də tətbiq olunacaq?

Bu barədə Autosport məlumat verib.

F-1.az xatırladır ki, mövsümün başlanmasına az qalmış sıralanma formatı dəyişdirilmiş, Melburnda isə tamamilə fiaskoya uğrayan yeni format hər kəs tərəfindən pislənmişdi.

Biz daha sonra xəbər vermişdik ki, komanda başçılarının Çarli Uaytinqlə görüşü baş tutub və onlar qərara alıblar ki, növbəti – Bəhreyn yarışında köhnə formata qayıtsınlar.

Üç variant barədə söhbət gedirdi: a) Tamamilə köhnə sistemə qayıtmaq  b) Sıralanma turunun ilk 2 seansının yeni, sonuncu – üçüncü seansının isə köhnə formatda keçirilməsi  c) Yeni formatı saxlamaq.

Bu gün F1 Komissiyasının iclası olacaq və iclasda sıralanma turunun formatı barədə qərar gözlənilir. Köhnə formata qayıtmaq üçün üzv olan 26 nəfərin də razılıq verməsi lazımdır.

Amma görünür ki, bu, baş verməyib. Autosport xəbər verir ki, Bəhreyndə də yeni format tətbiq ediləcək. Bu barədə indidən qərar vermək əvəzinə, daha bir dəfə tətbiq edib nəyin çatışmadığını görmək üçün belə addım atıldığı bildirilir.

Berni Ekklstoun: “Mənim məsləhətimə qulaq asacaqlar – növbəti yarış üçün heç bir dəyişiklik edilməyəcək. Bəhreyndəki yarışdan sonra hər şeyı daha yaxşı müşahidə edib nəyin səhv, nəyin düz olduğunu görəcəyik, bundan sonra nə etməli olduğumuza qərar verə bilərik. Bu, FİA-nın fikri idi və mən onları düz olduğunu düşündükləri hər şeydə dəstəkləyəcəyimi bildirmişəm. İlk 2 yarışdan sonra nəyin səhv olduğunu görəcəyik. Komandalar ilk yarışda nə etdiklərini bilmədilər. Amma bu belə olmamalıdır. Onlar da hər şeyin yaxşı alınmasına kömək etməlidirlər”.

Bəhreyndəki yarışdan sonra hibrid sistemin – yəni ilk 2 seansın yeni, 3-cü seansın isə köhnə formatda keçirilməsi fikrinin yenidən qaldırılacağı güman edilir…

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*