Yeni qaydalarla köhnə çempionlar…

Formula1-də dünya çempionunu təyin etmənin yeni sistemi mövsüm ərzində qazanılan qələbələrə əsaslanır – qarşıdakı mövsümdə gözlənilən daha bir inqilab. Belə […]

Formula1-də dünya çempionunu təyin etmənin yeni sistemi mövsüm ərzində qazanılan qələbələrə əsaslanır – qarşıdakı mövsümdə gözlənilən daha bir inqilab. Belə bir prinsip dünya çempionatlarında hələ tətbiq olunmamışdı.

Biz yeni sistemi köhnə çempionatlara tətbiq etmək qərarına gəldik. Son 18 il ərzində çempion elə çempionluğunda qalır, yalnız bir sitisna var – keçən il çempion Felipe Massa olmalı idi, çünki Lyuis Həmiltonun beş qələbəsinə qarşı Felipe altı qələbə qazanmışdı. Amma səksəninci illərdə maraqlı dəyişikliklər baş verir – məsələn, Naycel Mənsell bir titul əvəzinə üçqat dünya çempionu ola bilərdi.

Ən maraqlı vəziyyət isə 1982-ci ildə olardı, o zaman beş sürücü iki qələbə qazanmışdı, çempion isə bir qələbə qazanmış Keke Rosberq olmuşdu. 1958-ci ildə Stirlinq Moss dörd qələbə qazanmışdı, Toni Bruks isə üç, çempion isə bir qələbə ilə Mayk Hotorn olmuşdu.

Ayrton Senna ardıcıl dörd dəfə, Alan Cons və Mario Andretti ardıcıl iki dəfə çempion olardılar, Cimi Klark da titullarının sayını dördə çatdırardı. Çempionların siyahısına Stirlinq Moss (1958-ci il) və Didye Pironi (1982-ci ildə üçüncü yerlərin sayına görə) kimi sürücülər əlavə olunardı, siyahından isə Mayk Hotornun (1958-ci il), Con Sertizin (1964-cü il), Denni Hyumun (1967-ci il), Codi Şekterin (1979-cu il) və Keke Rosberqin (1982-ci il) adları birdəfəlik silinərdi.

Mövsüm çox maraqlı olacaq….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*