Yeni motor reqlamenti təsdiq olunub

FİA və Formula1-in yeni sahibi Liberty Media şirkəti 2021-ci ildən qüvvəyə minəcək yeni motor reqlamentinin əsas xarakteristikalarını təsdiq ediblər.

F-1.az xatırladır ki, cari motor reqlamenti 2014-cü ildən qüvvəyə minmiş və ilk günündən həm komandaların, həm də azarkeşlərin ciddi narazılığına səbəb olmuşdu. Hazırda qüvvədə olan Razılıq Müqaviləsinə əsasən, cari reqlament 2020-ci ilin sonunadək dəyişməməlidir…

Ross Braun: “Biz azarkeşlərin müasir güc qurğuları barədə rəylərini ciddi araşdırdıq ki, motorları daha sadə, daha ucuz, daha gur səsli etmək üçün, eyni zamanda çempionata yeni istehsalçıları cəlb etmək üçün yeni güc qurğularının əsas xarakteristikalarını müəyyən edək.

2021-ci ilin güc qurğusu üzərində işimiz gələcək Formula1 üçün yaxşı nümunədir – gələcəkdə çempionatın sahibi, federasiya və çempionat iştirakçıları idmanın marağı üçün birlikdə əməkdaşlıq edəcəklər…”

Gözlənildiyi kimi, yeni güc qurğusunun da əsasında indiki 1.6 litrlik turbinli motorlar olacaq, amma güc qurğusu ümumən fərqli konfiqurasiya alacaq:

– 1.6 litrlik V6 şəkilli turbinli daxiliyanma mühərriyi;
– səsin yaxşılaşdırılması üçün dirsəkli valın dövriyyəsini dəqiqədə 18 minə çatdırmaq;
– məsrəflərin azaldılması və ekstremal qərarların qəbul edilməməsi üçün bəzi bahalı materiallardan isifadəyə qadağa qoyulması;
– MGU-H generatorundan imtina edilməsi;
– MGU-K generatorunun daha böyük modula çevrilməsi – yarışda sürücü onu akivləşdirmək imkanı əldə edəcək;
– yeganə turbinin ölçüləri və çəkisi məhdudlaşdırılacaq;
– bütün maşınlarda vahid idarəetmə bloku və enerji toplayıcının (akkumulyatorun) tətbiq edilməsi;
– motorun, transmissiyanın və şassinin dəyişdirilməsi zamanı Plug-And-Play (tax və işlət) texnologiyasının tətbiq olunmasını araşdırmaq;
– yanacağın istifadəsinə daha sərt məhdudiyyətlərin qoyulması imkanının öyrənilməsi.

Bu ilin sonunadək FİA xarakteristikalarda dəyişiklik edə bilər, 2018-ci ilin sonunda isə texniki reqlament təsdiq olunmalıdır…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*