18 Noyabr 2017, Şənbə - 01:03

Yeni Mercedes AMG şassisi çarpma testlərini keçib

Yeni Mercedes AMG şassisi çarpma testlərini keçib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:37 - 06 Fevral, 2016

Mercedes AMG komandasının 2016-cı il mövsümü üçün hazırladığı Mercedes W07 şassisi FİA-nın məcburi çarpma testlərini uğurla keçib.

F-1.az xəbər verir ki, Breklidən olan komanda qarşıdakı mövsümdə çempion titulunu daha bir dəfə qorumağa çalışacaq, ona görə də Barselonda başlayacaq mövsümöncəsi testlərə iki həftə qalmış krəş-test prosedurlarını başa vuran komandalar cərgəsinə qatılıb.

Komandanın icraçı direktoru Pəddi Lou bir neçə gün əvvəl bildirmişdi ki, şassinin yeni təhlükəsizlik tələblərinə cavab verməsi üçün komanda böyük həcmdə iş görüb.

Əsas dəyişikliklər kokpitlə bağlıdır – indi bu hissə çox böyük yüklənməyə tab gətirməlidir.

Komandanın yaydığı bəynatada Lou bildirib ki, “əvvəlki illə müqayisədə fərq çox görünür, indi kokpit hər tərəfdən 5 ton yüklənməyə tab gətirməlidir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər , ,
Paylaş

logo