Yeni McLaren MP4-27 ilk testlərə hazır olacaq

Bu ilin fevralında McLaren komandası yeni maşının təqdimatını ləngitmişdi və yalnız ikinci testlər seriyasında yoxlamağa başlamışdı, amma gələn ilin maşını […]

Bu ilin fevralında McLaren komandası yeni maşının təqdimatını ləngitmişdi və yalnız ikinci testlər seriyasında yoxlamağa başlamışdı, amma gələn ilin maşını artıq fevralın 7-də Xeresdə başlayacaq ilk testlərə hazır olacaq.

MP4-27-nin təqdimatı fevralın 1-nə təyin olunub, amma mərasimin yeril açıqlanmayıb – mətbuat xidməti xəbər verib ki, yanvar ayında KİV-ə bu barədə əlavə məlumat veriləcək.

FİA-nın məcburi krəş-testlərə tələbini nəzərə alaraq bir çox ekspertlər güman edirdilər ki, yeni maşınların təqdimatı ləngiyəcək, Mercedes GP komandası birinci olaraq eyni addımı atdı yeni Mercedes GPW03 fevralın 21-də Barselonada göstəriləcək. Amma Red Bull, Ferrari, McLaren və Sauber komandaları Xeresdə yeni maşınlarla debüt edəcəklərini bəyan ediblər. Digər komandalar hələlik dəqiq tarix söyləməyiblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*