16 Dekabr 2017, Şənbə - 22:37

Yeni maşınlardan nümayiş yürüşlərində istifadə etmək olacaq

Yeni maşınlardan nümayiş yürüşlərində istifadə etmək olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:11 - 22 Sentyabr, 2017

FİA-nın Avoİdman üzrə Ümumdünya Şurası nümayiş yürüşlərində yeni maşınlardan istifadəyə icazə verib.

F-1.az xatırladır ki, dünən Parisdə baş tutan FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Formula1-in idman və texniki reqlamentlərinə bəzi dəyişikliklər təsdiq olunublar. Eyni zamanda, komandaların nümayiş yürüşlərində yeni maşınlardan istifadə etməsinə də icazə verilib.

Komandalar Formula1-in bəzi ölkələrdə, bölgələrdə populyarlaşması, təmsil etdikləri brendlərin, sponsorların reklamı naminə nümayiş yürüşləri təşkil edirlər. Amma bu yürüşlərdə ən yaxşı halda iki il əvvəl istifadə etdikləri maşınlarla azarkeşləri sevindirə bilirlər. Lakin gələn ildən bu cür yürüşlərdə 2017-ci və hətta 2018-ci ilin maşınlarından da istifadə etmək mümkün olacaq. Düzdür, ən sonuncu maşınlardan yalnız çempionatın sahibinin (Liberty Media) təşkil etdiyi yürüşlərdə çıxış etmək mümkün olacaq. Eyni zamanda, sürücülər cari maşınlarla yalnız cəmi 15 km məsafə qət edə biləcəklər. Həm də bu tədbirlər F1 yarışını qəbul edən traslarda keçirilə bilməz.

Bu il çempionatın sahibi yayda Londonun mərkəzində F1 Live London adlı möhtəşəm tədbir keçirmişdi. Gələn il oxşar tədbirin ən azı 3 böyük şəhərdə keçirilməsi planlaşdırılır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 261
Teqlər , ,
Paylaş

logo