Yeni Jeep Renegade modeli təqdim olunub (video)

Jeep markasının daha geniş kütlələrə çatmasını təmin etməklə böyük rəğbətlə qarşılanan yeni Renegade modeli bu gün jurnalistlərə təqdim olunaraq, satışa çıxarılıb.

F-1.az bildirir ki, brendin ölkəmizdə rəsmi distribyutoru olan AutoLux Azerbaijan şirkəti SUV seqmenti üçün nəzərdə tutulan Renegade modelini rəsmən təqdim edib. Təqdimatda bildirilib ki, modelin təqdimatı ilə şirkətin alıcılara xoş xəbəri də var: bundan sonra şirkətin bütün modellərini kreditlə də almaq mümkün olacaq. Avtomobilləri 20% ilkin ödəniş, 17 faiz illik və 5 il müddətinə kreditlə əldə etmək mümkün olacaq.

Jeep Renegade modelinə gəlincə, 2.4 litrlik benzin mühərrik 184 at qüvvəsi hasil etməyə imkan verəcək. Müasir 9 pilləli ötürmələr qutusu yanacağa qənaət etməklə yanaşı (100 km yola şəhər daxilində 12.1 litr, şəhər kənarında isə 8.1 litr yanacaq sərf edəcək), yüksək təcil də (100 km/saat sürəti 9.8 saniyəyə yığacaq) təmin edəcək. Model alıcılara 53 min manata təklif olunacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*