Yeni Hispania şassisi krəş-testi keçə bilməyib

Hispania komandasının yeni mövsümə hazırladığı maşın Barselonada mövsümöncəsi testlərin ikinci seriyasına gətirilməyəcək – yeni şassi FİA-nın məcburi krəş-testini keçə bilməyib. […]

Hispania komandasının yeni mövsümə hazırladığı maşın Barselonada mövsümöncəsi testlərin ikinci seriyasına gətirilməyəcək – yeni şassi FİA-nın məcburi krəş-testini keçə bilməyib. İndi komanda təchizatçılara müraciət edib ki, bəzi elementlərin bərkliyini artırsın, buna müəyyən qədər vaxt tələb olunur, ən yaxşı halda yeni maşın sonuncu testlər seriyasında – martın 1-də debüt edə bilər.

Mövsümöncəsi testlərin Xeresdə birinci seriyasında komanda keçənilki maşınla iki gün işləyib, komandanın başçısı Luis Peres Sala isə bildirib ki, qarşıdakı krəş-test komanda üçün çox vacibdir. Təəssüf ki, yeni şassi 17 yoxlamadan 14-nə tab gətirib, amma şassinin özünə aid olan testlər arxada qalıb, yalnız burun elementi və motorun üzərindəki hava yolu ilə problemləri həll etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*