Yeni Ferrari-nin testlərinə F.Massa başlayacaq

Ferrari komandasının mətbuat xidməti qarşıdakı mövsümöncəsi qış testlərində sürücülərinin iş qrafikini dərc edib. Xeresdə yeni maşını birinci olaraq Felipe Massa […]

Ferrari komandasının mətbuat xidməti qarşıdakı mövsümöncəsi qış testlərində sürücülərinin iş qrafikini dərc edib.

Xeresdə yeni maşını birinci olaraq Felipe Massa yoxlayacaq – braziliyalı sürücü iki gün işlədikdən sonra onu sükan arxasında Fernando Alonso əvəz edəcək. Barselona birinci test seriyasında ispaniyalı sürücü iki gün çalışacaq və sonrakı iki gün yerinə Massaya verəcək. Barselonada ikinci test seriyasına yenə də braziliyalı sürücü başlayacaq və son iki günü Alonso test proqramını başa vuracaq.

Əgər hava şəraiti üzündən test proqramında dəyişiklik olmazsa, onda Skuderiyanın hər bir pilotu mövsümə altıgünlük test təcrübəsi ilə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*