16 Dekabr 2017, Şənbə - 03:16

Yasuhisa Arai vəzifəsindən gedir!

Yasuhisa Arai vəzifəsindən gedir!

Müəllif: Elçin Zodorov, redaktor

14:06 - 23 Fevral, 2016

Son xəbərlər Formula1-in gündəmini çalxalayıb. Honda idarə heyətinin bu gün keçirilən iclasında alınan qərara görə, onlar Formula1 proqramında dəyişikliklər edəcəklər və avtoidman üzrə (Honda Motorsport) rəhbər Yasuhisa Arai vəzifəsini itirəcək. Bunun həftəsonunadək baş verməsi gözlənilir…

F-1.az xatırladır ki, Honda McLaren-in mühərrik təchizatçısı kimi Formula1-ə qayıtmasından sonra bu layihənin rəhbərliyinə Arai gətirilmişdi. Lakin ilk mövsümdə Honda mühərrikləri həm güc, həm də etibarlılıq cəhətdən olduqca zəif təsir bağışlamışdı. İlk gündən güclü olacaqlarına söz verən Arai də mövsüm boyu tənqid mərkəzində idi.

Honda qış fasiləsində gördüyü işlərlə bu mövsümü daha yaxşı keçirməyi ümid edir. Dünən keçirilən testlərdə də mühərrikdə heç bir problem olmadı.

Yasuhisa Arai vəzifədən getdikdən sonra idarəetmə sistemi dəyişdiriləcək. Formula1 layihəsinin rəhbərliyinə Yasuke Haseqava gələcək. Onun digər avtoidman növlərindəki səlahiyyətləri isə AR&GE və Sakura-nın rəhbəri Kenji Ohtsuya veriləcək.

Arai isə Formula1 proqramındakı fəaliyyətini məsləhətçi kimi davam etdirəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 270
Teqlər , , , , ,
Paylaş

logo