Yarışların yayımı pullu olacaq?

Britaniya mətbuatında Rupert Merdoka məxsus News Corporation media imperiyasının Formula1-ə nəzarəti ələ alması barədə peyda olmuş yazılar yeni şayiələr dalğasını […]

Britaniya mətbuatında Rupert Merdoka məxsus News Corporation media imperiyasının Formula1-ə nəzarəti ələ alması barədə peyda olmuş yazılar yeni şayiələr dalğasını doğurub. Əsas mövzulardan biri isə yarışlarının yayımının xüsusi pullu kanallara keçirilməsidir, belə bir praktika artıq bəzi Avropa ölkələrində geniş yayılıb.

Hərçənd, yaxın vaxtlarda bu baş verməyəcək, çünki çempionat təşkilatçıları və iştirakçıları arasında qarşılıqlı öhdəlikləri əks etdirən əsas sənəd olan Razılıq Müqaviləsində yayımın pulsuz olması barədə ayrıca maddə var. Bu məntiqidir, çünki yalnız bu yanaşma Formula1-ə geniş və qlobal auditoriya vəd edir. Amma Razılıq Müqaviləsinin müddəti 2012-ci ildə başa çatır, tərəfləri yeni mətn üzərində çətin və uzunmüddətli danışıqlar gözləyir. Yarışların yayımına yanaşmada dəyişikliyin olmasını indidən söyləmək mümkün deyil.

ВВС telekanalı Marussia Virgin komandasının idman direktoru Qrəhəm Loudonun bu məsələyə münasibətini yayıb…

Qrəhəm Loudon: “Məncə, yarışların yayımının pulsuz olması idmanın maraqlarına daha çox cavab verir. Bizim idman çox populyar idman növüdür. İnsanlar bizim idmana çox vaxt ayırırlar. Komandalar arasında gərgin mübarizə gedir, sürücülər, xüsusən də çempionlar qəhrəmana çevrilirlər. Əgər azarkeşlərin çoxuna yayımı qadağan etsək, komandalar çempionatın kommersiya nəzarətçilərindən daah asılı vəziyyətə düşəcəklər.

Əksinə, idmanın populyarlığını daha da artırmaq lazımdır. Pulsuz yayıma baxmaq istəyənlərin sayı buna görə pul ödəmək istəyənlərin sayından dəfələrlə çoxdur. Əgər Formula1 pullu modelə kurs götürsə, bu bizi çox narahat edəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*