Yarış yağış üzündən dayandırılıb

Malayziya Qran Prisinin finişinə 24 dövrə qalmış yarış dayandırılıb: Sepanqda başlayan tropik leysan üzündən tras tam su ilə dolub və […]

Malayziya Qran Prisinin finişinə 24 dövrə qalmış yarış dayandırılıb: Sepanqda başlayan tropik leysan üzündən tras tam su ilə dolub və hətta Təhlükəsizlik Maşının arxasında belə getmək mümkün olmayıb. Əgər hava yaxın müddət ərzində yaxşılaşmasa, yarışa restart verilməyəcək, qaydalara görə ilk səkkiz yeri tutmuş sürücülər isə onlara çatacaq xalların yarısını qazanacaqlar, çünki yarış məsafəsinin 75%-dən azı qət edilib.

Maraqlıdır ki, sürücülərin çoxu kokpitlərini tərk ediblər, hətta Kimi Rəykkönen paltarını da dəyişib. Xatırladaq ki, qaydalara əsasən havadan asılı olmayaraq yarışın maksimum davam etmə müddəti iki saatdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*