Yarış və yağış…

Adətən bu gün Sepanqda baş verən yarış kimi qeyri-adi yarışlardan sonra mən Formula1-in ünvanına təriflər söyləməyə tələsmirəm. Amma hazırda dünyanın […]

Adətən bu gün Sepanqda baş verən yarış kimi qeyri-adi yarışlardan sonra mən Formula1-in ünvanına təriflər söyləməyə tələsmirəm. Amma hazırda dünyanın ən bahalı idmanı həqiqətən “Böyük sirk”i xatırladır. Həm də bu dəfə bu sirkin ən fəal üzvü Ferrari də ənənəvi olaraq baş şoumen Berni Ekklstouna kömək edərək öz klounlarını səhnəyə göndərib…

Ümumiyyətlə, maraqlıdır – ilk dəfə günəşin batmasından bir az əvvəl başlayan yarış uğurla başa çatıb. Avstraliyada ilk iki günü sürücülər pis görüntüdən, aşağı bucaq altında düşən günəş şüalarından və uzun kölgələrdən gileylənirdilər, amma bu dəfə, deyəsən, artıq hər şeyə öyrəşmişdilər. Hər halda komandalardan heç biri yarışın gec startına protest bildirməyib, hətta sürücülərin həmkarlar ittifaqının (GPDA) həmsədrlərindən biri Mark Uebber pit-leyndə imza toplamaqla məşğul olmayıb. Sözün əsil mənasında, sürücülərin kiçik bir üsyanı bizim qalmaqallı zamanda heç kimi təəccüblənidrməzdi…

Keçən il keçirilmiş ilk Sinqapur gecə yarışı (Kuala-Lumpurdan cəmi 350 km cənubda) məhz yağış üzündən baş tutmaya bilərdi, amma hər şey yaxşı alındığı üçün Berni Asiya yarışlarının vaxtını Avropa tamaşaçılarının rahatlığı üçün axşama çəkməyə başladı.

Bəs doğrudan bizim üçün rahat oldu? Yarış planlaışdırılan 56 dövrə əvəzinə cəmi 31 dövrə davam edib və cəmi bir saat 10 dəqiqə vaxt tutub, daha sonra 50 dəqiqə hamı nigaranlıqla gözləyib. Amma heç də yarışın restartını deyil və ya yarışın ikisaatlıq limitininin bitməsini deyil. Hamı sadəcə günəşin batmasını gözləyib. Yarışı dayandırmaq qərarı qəbul edildikdən 15 dəqiqə sonra Sepanq tam qaranlığa qərq olub.

Olsun, indi də qəbul edək ki, heç bu 23 dövrə olmayıb və ya yoxuymuş, yarış elə cəmi 31 dövrədən ibarət olub. Yarış maraqlı başlayıb, Niko Rosberq və Fernando Alonso əla start alıblar, sonra yarış boyu çoxlu ötmələrin və taktiki qərarların şahidi olduq. Sürücülərə yazığım gəlir, xüsusən də ilk səkkizliyə, onlardan asılı olmayan səbəblər üzündən xalların yarısını qazanıblar. Ola bilər ki, mövsümün sonunda çempion olması üçün Censon Battona məhz həmin 5 xal çatmasın – onda yenə başlayacayıq ki, filan şey belə olsaydı…

Yeri gəlmişkən, elə həmin Censon artıq ikinci dəfə ardıcıl olaraq finiş xəttini əsil triumfator kimi keçə bilmir – Avstraliyada o finişə Təhlükəsizlik Maşınının arxasında çatdı, bu dəfə isə qələbə elanını dayanmış maşında oturarkən eşitdi. Yarışın sonunun belə qyeri-adi alınması britaniyalı sürücünün yarış boyu nələr keçirdiyini təsəvvür etməyə imkan vermir – o startda ləngiyib və xeyli yer itirib, sonra yavaş-yavaş irəliləyib və iki dövrə ərzində rəqiblərinin ən yaxşı nəticələrini bir saniyədən çox üstələməklə pit-stopdan sonra liderliyi ələ alıb. Daha sonra təkər dalınca pit-stopa bir neçə dəfə baş vuran Censon, nəhayət, yarışın qalibi elan olunub…

Ümumiyyətlə, hətta yarışın sonunu nəzərə almasaq belə, yağışlı yarış üçün bu düzgün yarış deyildi. Birincisi, bizim adətən tərif etdiyimiz “yağış adamlar” hara yox çıxmışdılar? Sebastyan Fettel keçən il Monsada yağış altında bütün Formula1 ictimaiyyətini elə titrətmişdi ki, hamı yeni Sennanın doğulmasını zənn etmişdi. Bu dəfə isə gənc alman sürücü yağış altında trasdan fırlanıb çıxıb. Həm də yarış onun üçün uğursuz başlayıb – yüngül maşınla 13-cü yerdən start alan Fettel nəzərdə tutulan kimi irəliləyə bilməyib…

Fernando Alonso quru asfaltda əla start alıb – doqquzuncu yerdən üçüncü yerə ispan sürücü heç Renault-nun güclü vaxtlarında belə edə bilməzdi. Sonra isə onun taktikası əsil yarış üçün seçilmişdi – onun yanacağı yağış başlayana kimi trasda qalmasına çatmalı idi, o yeganə pit-stop hesabına bir çox maşınları qabaqlaya bilərdi – ikiqat dünya çempionu qatar kimi arxasınca bir çox maşınları düz on dövrə gəzdirib. Hər şey plan üzrə gedib, amma yağış başlayan an, məhz pit-stopa getdiyi dövrədə Alonso səhvə yol verib…

Rubens Barrikello isə Censonun qrafiki üzrə gedib – yarışın bir anında hər iki Brawn maşını Avstraliyada olduğu kimi ilk iki yeri tutub. İlk pit-stopunu Censondan sonra realizə edən Rubensin yenə də finişdə ikinci olması şansı, hətta bəlkə də mövsümdə ilk qələbəsini qazanmaq şansı yüksək olub – amma son nəticədə Rubens yalnız beşinci olub…

Yarışın düzgün olmamasını xarakterizə edən daha bir faktor – təkər seçimi üçün ideal taktikanı yalnız bir sürücü icra edib. Nik Haydfeld. Ən maraqlısı isə budur ki, təkər seçimi barədə qərarı məhz sürücü özü qəbul edib. Amma ikinci yerə görə cəmi dörd xal? Qlok ona yaxın olub, amma tamamən başqa təkər taktikası seçib.

Digər sürücülərin pit-stopa bir neçə dəfə baş vurmaları isə yarışın maraqlı anları idi, həm də hamı bir nəfərin seçimini təkrar edirdi. Elə həmin Brawn-lar – 19-20-ci dövrələrdə yumşaq sliklər taxıblar, sonra 22-ci dövrədə hamı kimi yağış təkərinə keçiblər, 29-30-cu dövrələrdə isə keçid təkərlər, daha bir dövrədən sonra yenidən yağış təkərlər seçilib.

Mark Uebber belə təkər seçimi üzündən 3-cü yeri əldən verib, amma onun hələ bəxti gətirib ki, yarışın son protokolu 31-ci dövrəyə əsasən tərtib edilib – çünki 33-cü dövrədə o artıq səkkizinci idi.

Niko Rosberqi və ya Yarno Trullini götürək, onlar startda Censonu qabaqlayıblar. Lap tutaq ki, ilk pit-stopdan sonra britaniyalı sürücünün ideal dövrəsi hesabına hərəsi bir yer itirib və ikinci-üçüncü olublar, amma yağış zamanı hər iki sürücü səhv seçim etdiklərindən vacib xallar itirməli olublar…

Bu qədər düzgün olmayan yarış fonunda yeganə düzgün məntiq var – Ferrari bir daha öz strategiyasının qurbanı olub. Ən maraqlısı isə budur ki, komanda strategiya eksperimentini həmişəki kimi yarışda ön mövqedə olan sürücü ilə edib. Kimi Rəykkönen ilk pit-stopa rahat beşinci yerindən gedib, bu mövqedə yarışı başa vurmağa ona heç nə mane olmadığı bir anda komanda riskə gedib və nəticədə hər şeyi əldən verib. Əgər belə ağıllı və uzaqgörən plan var idisə, bəlkə onu Massaya tətbiq edərdilər? Massa, Nik kimi ağır maşınla yarışa başlasa da heç nəyə nail olmayıb. Son məlumatlara görə isə Kiminin təkər strategiyasını komandanın boksunda olan məhz yeddiqat dünya çempionu təklif edibmiş. İndi isə nəğd podium əvəzinə faktiki Mühəndislər Kubokunda sonuncu yer…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*