24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:19

Yarış bazar günü keçiriləcək

Yarış bazar günü keçiriləcək

Müəllif: Rauf Hacıyev, redaktor

15:48 - 07 Aprel, 2017

Formula1-in yarış direktoru Çarli Uaytinq bildirib ki, Çin yarışı bazar günü keçiriləcək.

F-1.az xəbər vermişdi ki, Çin yarışı pis hava şəraitinə görə şənbə günü keçirilə bilər və buna görə müzakirələr davam edir. Qeyd edək ki, pis havaya görə və tibbi helikopterin havaya qalxa bilməməsinə görə ikinci sərbəst yürüşlər keçirilməmişdi.

FİA-nın reqlamentinə əsasən, tibbi helikopter və ya ambulans xəstəxanaya 20 dəqiqəyə çata bilmirsə, sessiyanın keçirilməsinə icazə verilmir. Şanxay trasına ən yaxın olan xəstəxana isə 38 km məsafədədir və bu da ambulans üçün uzun yoldur. Alternativ tibbi baza isə trasdan 5 km uzaqlıqdadır. Amma şəhərdəki tıxac probleminə görə ambulansın hədəflənən vaxta oraya çatması mümkünsüzdür. Buna görə də FİA ikinci sərbəst yürüşləri keçirtməkdən imtina etmişdi.

Bazar günü də hava şəraitinin pis olması gözlənilir və yarışın şənbə gününə keçirilməsi müzakirə olunurdu. Buna cümə günü sürücülər toplantısında qərar veriləcəkdi. Amma FİA bildirib ki, bazar günü hava şəraiti çox bərbad olmayacaq və bu təklifi rədd edib.

Çarli Uaytinq də komanda rəhbərləri və sürücülərə bu barədə məlumat verib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 104
Teqlər , ,
Paylaş

logo