Yaponiya Qran Prisi: Pirelli – Soft və Hard

Təqvimin təkərlərin yüklənməsi üzrə ən mürəkkəb trası olan Suzukaya Pirelli şirkəti Hard və Soft tərkiblərini gətirəcək. Şirkətin idman bölümünün başçısı […]

Təqvimin təkərlərin yüklənməsi üzrə ən mürəkkəb trası olan Suzukaya Pirelli şirkəti Hard və Soft tərkiblərini gətirəcək. Şirkətin idman bölümünün başçısı Pol Hembri seçimini şərh edərkən bildirib ki, bu tərkiblər sürətli döngələrdə yüklənmələrin öhdəsindən əla gələcəklər və yarışı daha maraqlı edəcəklər.

Pol Hembri: “Suzuka bizim üçün təqvimin ən maraqlı trasıdır. Tras savadlı azarkeşlərlə dolu olacaq – biz həmişə isti qonaqpərvərliyə əminik.

Suzukanın konfiqurasiyası çətin texniki çağırışdır, klassik tras Spa və Monsanı xatırladır. Trasda çempionatın bir neçə ən maraqlı döngələri yerləşir, sürücülərin səhv etmək şansı isə minimumdur.

Düzdür, keçən illə müqayisədə biz Mediumu Hardla əvəz etmişik, amma düşünürəm ki, məhz bu təkər cütlüyü yarışı daha maraqlı edəcək və taktiki seçimləri ön plana çəkəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*