23 Noyabr 2017, Cümə axşamı - 22:19

Yaponiya Qran Prisi: Markes üçqat dünya çempionudur!

Yaponiya Qran Prisi: Markes üçqat dünya çempionudur!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:41 - 16 Oktyabr, 2016

Repsol Honda komandasının sürücüsü Yaponiya Qran Prisində qələbə çalmaqla üçüncü titulunu qazanıb – titul uğrunda onun əsas rəqibləri, Yamaha komandasının sürücüsü Valentino Rossi və Xorxe Lorenso yarışı vaxtından əvvəl dayandırıblar.

F-1.az xatırladır ki, Markes Moteqi trasına Rossi üzərində 52, Lorenso üzərində isə 66 xallıq üstünlüklə gəlmişdi.  Mövsümdə qazandığı 5-ci qələbə və Yamaha sürücülərinin uğursuzluğu sayəsində 23 yaşlı ispaniyalı sürücü 3-cü tituluna sevinib.

Startdan sonra Markes liderliyi ələ alsa da, birinci döngənin daxili radiusunda olan Lorenso həm həmyerlisini, həm də poulun sahibi Rossini üstələyib. 4-cü dövrənin 9-cü döngəsində Mark daxili radiusla əks-hücum edərək qələbəyə doğru şütüyüb. İki dövrə sonra eyni yerdə eyni ötmə ilə Rossi fərqlənib. Amma marka çatmaq uğrunda çalışan Doktor 3 dövrə sonra 10-cu döngədə səhvə yol verib və Yamaha-nın boksunda dayanaraq titul uğrunda mübarizədən rəsmən kənar qalıb.

Rossinin uğursuzluğundan sonra Lorenso sadəcə yerini qorumalı idi – amma Andrea Dovitsiozo sürətlə aradakı fərqi azaldıb. Finişə 7 dövrə qalmış Ducati-nin sürücüsü keçənilki dünya çempionuna hücum məsafəsinə yaxınaşıb. İki dövrə davam edən mübarizədən sonra Lorenso da Rossinin “dalınca yollanıb”.

Markesə dərhal xəbər verilib ki, hər iki rəqibi mübarizəni dayandırıb və artıq titul qazanılıb. Amma Mark səhvə yol vermədən Honda üçün ev trasında finişə qədər yoluna davam edib və mövsümün sonuna 3 yarış qalmış titulu rəsmiləşdirib.

Dovitsiozo finiş xəttini ikinci keçib, Maverik Vinyales isə son dövrədə komanda yoldaşı Aleş Esparqaronu keçərək podiumun son pilləsinə qalxıb.

YerSürücüKomanadZaman/Fərq
1 Mark MarkesRepsol Honda Team42:34.610
2 Andrea DovitsiozoDucati Team+ 0:02.992
3 Maverik VinyalesTeam Suzuki ECSTAR+ 0:04.104
4 Aleş EsparqaroTeam Suzuki ECSTAR+ 0:04.726
5 Kel KratçlouLCR Honda+ 0:15.049
6 Pol esparqaroMonster Yamaha Tech 3+ 0:19.654
7 Alvaro BautistaAprilia Racing Team Gresini+ 0:23.032
8 Danilo PetruççiOcto Pramac Yakhnich+ 0:28.555
9 Skott RiddinqOcto Pramac Yakhnich+ 0:28.802
10 Ştefan BradlAprilia Racing Team Gresini+ 0:32.330
11 Katsuyuki NakasuqaYamalube Yamaha Factory Racing+ 0:42.845
12 Yonni HernandesPull & Bear Aspar Team+ 0:52.219
13 Brədli SmitMonster Yamaha Tech 3+ 0:53.783
14 Tito RabatEstrella Galicia 0.0 Marc VDS+ 0:54.760
15 Hiroşi AoyamaRepsol Honda Team+ 1.00.155
16 Loris BazAvintia Racing+ 1.04.440
17 Hektor BarberaDucati Team+ 1.42.966
18 Mayk ConsAvintia Racing+ 1 dövrə
Finiş görməyənlər:
 Xorxe LorensoMovistar Yamaha MotoGP19 dövrə
 Valentino RossiMovistar Yamaha MotoGP6 dövrə
 Cek MillerEstrella Galicia 0.0 Marc VDS6 dövrə
 Yucin LavertiPull & Bear Aspar Team2 dövrə

Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 510
Teqlər , , ,
Paylaş

logo