17 Oktyabr 2018, Çərşənbə - 04:54

Yaponiya-2018: Üçüncü stüard – Tom Kristensen

Yaponiya-2018: Üçüncü stüard – Tom Kristensen

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:25 - 03 Oktyabr, 2018

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Suzukada stüardlara kömək etmək üçün FİA danimarkalı sürücü, “Mister Le Man” ləqəbli Tom Kristenseni dəvət edib.

Tom əfsanəvi “Le Manın 24 saatı” marafonunun ən uğurlu sürücülərindən sayılır, çünki PorscheAudi və Bentley-nin sükanları arxasında bu yarışın 9 dəfə qalibi olub ki, bunlardan 7 qələbəni ardıcıl qazanıb.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kristensenlə birlikdə həftəsonunun mübahisəli insidentlərini FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şetti və Avstraliya avtoidman konfederasiyasının keçmiş vitse-prezidenti Steven Çoppinq araşdıracaqlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 208
Teqlər , , , , ,
Paylaş

logo