22 Oktyabr 2018, Bazar ertəsi - 11:50

Yaponiya-2018: Üçüncü sərbəst yürüşlər

Yaponiya-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:06 - 06 Oktyabr, 2018

Şənbə gününə hava proqnozu yağış və güclü külək vəd edirdi – Yaponiyaya güclü Konq Rey qasırğası yaxınlaşırdı. Üçüncü məşqlərdən əvvəl proqnoz 50% doğrulub – güclü külək başlayıb, amma səmanı buludlar örtsə də, yağış başlamayıb. Lakin hava şəraitinin pisləşməsini hamı gözlədiyi üçün pilotlar ilk dəqiqələrdən trasda aktiv işləməyə başlayıblar.

F-1.az bildirir ki, ilk dəqiqələrdən Ferrari sürücüləri protokollara başçılıq ediblər – Rəykkönen komanda yoldaşından sürətli olub, Mercedes sürücüləri trasa çıxanda ilk damcılar asfalta düşməyə başlayıb. Əvvəlcə yağış çox zəif olduğu üçün sürücülər nəticələrini yaxşılaşdırmağa davam ediblər. Amma yağışın tədricən güclənməsi hamının səhv etməsi ilə nəticələnib, hətta Lyuis Həmilton sürətli dövrəsini tamamlaya bilməyib və hamı kimi boksa qayıdıb.

Amma tezliklə yağış qurtarıb və güclü külək sayəsində tras sürətlə quruyub. Sürücülər trasa sliklərlə qayıdıblar və nəticələri yaxşılaşdırmağa başlayıblar. Fettel sürətini artıraraq, komanda yoldaşını qabaqlayıb, Lyuis isə protokolların ilk sətrini ələ keçirib. Amma limitləri axtaran sürücülər səhvlərlə yadda qalıblar – Kimi Rəykkönen tras kənarına səyahət edib, Şarl Lekler maşını itirib və çətinliklə ram edib.

Sessiyanın sonuna sayılı dəqiqələr qalanda qırmızı bayraqlar yellənib – Niko Hülkenberq 5-ci döngədə porebrikə hücum zamanı idarəetməni itirərək qəzaya uğrayıb. Renault-nun təxliyəsi üçün zaman lazım olduğu üçün sessiya yenidən canlanmayıb…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes1:29.59913
25Sebastyan FettelFerrari1:29.715+ 0:00.11614
37Kimi RəykkönenFerrari1:30.054+ 0:00.45513
433Maks FerstappenRed Bull1:30.304+ 0:00.70513
577Valtteri BottasMercedes1:30.422+ 0:00.82313
63Daniel RikkardoRed Bull1:30.474+ 0:00.87510
731Esteban OkonRacing Point1:31.088+ 0:01.48912
811Serxio PeresRacing Point1:31.483+ 0:01.88412
955Karlos SaynsRenault1:31.513+ 0:01.91414
1020Kevin MaqnussenHaas1:31.521+ 0:01.92213
118Roman QrojanHaas1:31.636+ 0:02.03714
1216Şarl LeklerSauber1:31.760+ 0:02.16114
1328Brendon HartliToro Rosso1:32.030+ 0:02.43113
1418Ləns StrollWilliams1:32.201+ 0:02.60214
1527Niko HülkenberqRenault1:32.224+ 0:02.62512
169Markus ErikssonSauber1:32.442+ 0:02.84310
1714Fernando AlonsoMcLaren1:32.608+ 0:03.00914
1835Sergey SirotkinWilliams1:32.631+ 0:03.03214
192Stoffel VandornMcLaren1:33.034+ 0:03.43513
2010Pyer QasliToro Rosso1:33.105+ 0:03.50610

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 179
Teqlər , , , ,
Paylaş

logo