14 Dekabr 2018, Cümə - 05:12

Yaponiya-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonası

Yaponiya-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonası

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:16 - 03 Oktyabr, 2018

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonasını təsdiq edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 13-cü və 14-cü döngələrin xarıcındə yeni ikiqat porebriklər quraşdırılıb. 2-ci, 5-ci, 7-ci, 8-ci və 15-ci döngələrdə mövcud olan baryerlərin xaricində konveyer lenti ilə bərkidilmiş təkər sırası yerləşdirilib.

Suzuka trası F1 təqvimində yalnız bir DRS zonasının olduğu iki trasdan biridir (Monakodan sonra). Yeganə ötmə zonasının konfiqurasiyası da dəyişməz qalıb. Maşınlar arasındakı intervalın deteksiya nöqtəsi 16-cı döngəyə 50 metr qalmış yerləşir, arxa qanadın hərəkətli elementindən isə son döngədən 100 metr sonra istifadə etmək mümkündür.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər , , , ,
Paylaş

logo