Yaponiya-2017: Yarış

Suzukadakı yarış ilə Asiyadakı yarışlar başa çatıb. Lyuis Həmilton yay fasiləsindən sonra Yaponiya Qran Prisinə qədər olan 4 yarışın üçündə qalıb gəlmiş, birində isə ikinci yeri tutmuşdu. Lyuis bu yarışların hamısını Fettelin önündə tamamlamışdı, alman sürücü Sinqapurda mübarizəni hətta startda dayandırmışdı. Bu yarışa qədər Fettel əsas Həmiltondan artıq 34 xal geri qalırdı, buna görə də finiş xəttini ondan daha tez keçməli idi ki, titul uğrunda mübarizədə daha da geri qalmasın.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə nəticələr sıx olmuşdu, lakin Həmilton sıralanma turunda rəqiblərini xeyli üstələmiş və mövsümdə 10-cu, karyerasında 71-ci, Suzukada isə ilk poulunu əldə etmişdi. Bottas ikinci nəticə göstərmişdi, lakin onun da həmyerlisi Rəykkönen kimi ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirildiyi üçün 5 yer itirəcəyi əvvəlcədən məlum idi. Cərimələnən sürücülər təkcə onlar deyildi, güc qurğusundakı dəyişikliklərə görə Alonso 35, Palmer və Sayns 20 yer itirmişdilər. Nəticədə Həmilton və Fettel ilk cərgədən, Red Bull sürücüləri isə ikinci cərgədən start almaq hüququ qazanmışdılar.

Suzukada dünən olduqca vacib hadisələr olub – Palmerin növbəti yarışdan etibarən Renault-da çıxış etməyəcəyi, fransız komanda ilə gələn il üçün müqaviləsi olan Saynsın onu əvəzləyəcəyi açıqlanıb. Bu da Kvyatın Ostindəki yarışdan etibarən Toro Rosso-da çıxışını bərpa etməsinə şərait yaradıb.

Pirelli Suzukaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Cümə günü yağış yağdığından, slikləri qiymətləndirmək mümkün olmayıb. Dünən səhər yağıntı olmayıb və komandalar sliklər üzərində fəal işləyiblər.

Startdan əvvəl Fettelin maşınının mühərriyində problem olduğu aşkarlanıb və elə start düzlüyündə mexaniklər bunu aradan qaldırmağa çalışıblar. Alman sürücü isinmə dövrəsinə yollanıb. Yarışa Bottas, Rəykkönen, Hülkenberq, Eriksson, Verlyayn, Palmer və Sayns Soft, digər sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

Startda Həmilton liderliyini qoruyub, Ferstappen və Okon Rikkardonu ötüblər. Fettelin maşınında temp olmayıb və 4 yer itirib, Hülkenberq isə Rəykköneni trasdan çıxarıb. Sayns yeddinci döngədə qəza edib və Təhlükəsizlik Maşını trasa daxil olub. TM-in arxasında ilk onluq: Həmilton – Ferstappen – Okon – Rikkardo – Bottas – Fettel – Peres – Massa – Hülkenberq – Maqnussen.

3-cü dövrədə yarışa restart verilib, Həmilton yenə də yerini qoruyub. Peres və Massa da Fetteli üstələyiblər, Verlyayn isə ilk pit-stop edən sürücü olub. Mühəndislər Fetteli boksa dəvət ediblər, alman sürücü yarışı yarımçıq saxlamağa məcbur olub. Rəykkönen 4 sürücünü keçərək yenidən Hülkenberqə çatıb, amma bu dəfə onu ötərək mövqeyini qaytarıb. Eriksson 9-cu döngədə qəza edib. Onun maşını təxliyə edilənə qədər Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Vandorn təkərlərini dəyişib. Restart 11-ci dövrədə verilib və Rikkardo Okonu keçərək üçüncü yerə yüksəlib. Bir dövrə sonra isə fransız sürücünü Bottas üstələyib. 12-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Bottas – Okon – Peres – Massa – Rəykkönen – Hülkenberq – Maqnussen.

Rəykkönen 14-cü dövrədə Massanı keçib. Massa 18-ci dövrədə pit-stopa yollanıb. Rəykkönen Peresi də qabaqlayaraq 6-cı yerə yüksəlib. 21-ci dövrədə Okon, 22-ci dövrədə Ferstappen və Peres, 23-cü dövrədə Həmilton və Qasli, 24-cü dövrədə isə Qrojan təkərlərini dəyişiblər. İki dövrə sonra isə Rikkardonun maşınına xidmət olunub. Ferstappen yeni təkərlərlə Həmiltonla fərqi azaltmağa cəhd edib. 27-ci dövrədə hələ pit-stop etməmiş Bottas komanda yoldaşına dərhal yol verib, Ferstappeni isə arxasında saxlayıb və Lyuisin ondan bir qədər uzaqlaşmasına şərait yaradıb. Rəykkönen 29-cu, Bottas 31-ci dövrədə pit stop ediblər. 35-ci dövrədən sonra isə Vandorn, Stroll, Hülkenberq və Palmer də pit yoluna yönəliblər. 41-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Bottas – Rəykkönen – Okon – Peres – Massa – Maqnussen – Qrojan.

Hülkenberqin maşınında DRS-in elementi açıq qalıb və alman sürücü mübarizəni dayandırmalı olub. Maqnussen Massaya hücum edib. Braziliyalı müdafiə olunmağa çalışarkən döngəyə geniş girib və hər iki Haas sürücüsü tərəfindən keçilib. 47-ci dövrədə asılqanı qırılan Stroll maşını asfaltdan kənarda saxlamağa müvəffəq olub, bu dəfə də Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. 49-cu dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Bottas – Rəykkönen – Okon – Peres – Maqnussen – Qrojan – Massa.

50-ci dövrədə yarışa restart verilib, lakin maşınında güclü vibrasiya olan Həmilton tempini itirib. Ferstappen onunla aradakı fərqi minimuma qədər endirib, lakin dövrəvi sürücü olan Massa və Alonso hollandiyalıya mane olublar və Həmilton fərqi bir saniyənin üzərinə çıxarıb.

Həmilton mövsümdə 8-ci, karyerasında isə 61-ci qələbəsini əldə edib və yarışı tamamlaya bilməyən Fettellə xal fərqini 59-a çatdıraraq, dördüncü tituluna doğru olduqca böyük addım atıb. Red Bull Malayziyadakı yarışdan sonra bu dəfə də hər iki sürücüsü ilə podiumda təmsil olunub – Ferstappen ikinci, Rikkardo üçüncü yeri tutublar.

Növbəti yarış iki həftə sonra okeanın o tayında – Ostində keçiriləcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:27:31.194 1
2 33 Maks Ferstappen Red Bull + 0:01.211 1
3 3 Daniel Rikkardo Red Bull + 0:09.679 1
4 77 Valtteri Bottas Mercedes AMG + 0:10.580 1
5 7 Kimi Rəykkönen Ferrari + 0:32.622 1
6 31 Esteban Okon Force İndia + 1:07.788 1
7 11 Serxio Peres Force İndia + 1:11.424 1
8 20 Kevin Maqnussen Haas + 1:28.953 1
9 8 Roman Qrojan Haas + 1:29.883 1
10 19 Felipe Massa Williams + 1 dövrə 1
11 14 Fernando Alonso McLaren + 1 dövrə 1
12 30 Colion Palmer Renault + 1 dövrə 1
13 10 Pyer Qasli Toro Rosso + 1 dövrə 2
14 2 Stoffel Vandorn McLaren + 1 dövrə 2
15 94 Paskal Verlyayn Sauber + 2 dövrə 3

 

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:33.144 (50-ci dövrə, 224.439 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Stroll Williams 46 asılqan
Niko Hülkenberq Renault 41 DRS
Markus Eriksson Sauber 8 qəza
Sebastyan Fettel Ferrari 5 güc qurğusu
Karlos Sayns Toro Rosso 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 306
2 5 Sebastyan Fettel Scuderia Ferrari 247
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 234
4 3 Daniel Rikkardo Red Bull Racing 192
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 148
6 33 Maks Ferstappen Red Bull Racing 111
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 82
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 65
9 55 Karlos Sayns Scuderia Toro Rosso 48
10 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 34
11 19 Felipe Massa Williams Martini Racing 34
12 18 Ləns Stroll Williams Martini Racing 32
13 8 Roman Qrojan Haas F1 Team 28
14 20 Kevin Maqnussen Haas F1 Team 15
15 2 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 13
16 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 10
17 30 Colion Palmer Renault Sport Formula 1 Team 8
18 94 Paskal Verlyayn Sauber F1 Team 5
19 26 Daniil Kvyat Scuderia Toro Rosso 4

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 540
2 Scuderia Ferrari Ferrari 395
3 Red Bull Racing TAG Heuer 303
4 Sahara Force İndia F1 Team Mercedes 147
5 Williams Martini Racing Mercedes 66
6 Scuderia Toro Rosso Renault 52
7 Haas F1 Team Ferrari 43
8 Renault Sport Formula 1 Team Renault 42
9 McLaren Honda Formula 1 Team Honda 23
10 Sauber F1 Team Ferrari 5
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*