18 Oktyabr 2017, Çərşənbə - 22:28

Yaponiya-2017: Üçüncü sərbəst yürüşlər

Yaponiya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

08:09 - 07 Oktyabr, 2017

Gecə Suzukada yağış yağıb, lakin üçüncü sessiyanın startına asfalt demək olar ki, tamamilə quruyub. Səma buludlarla örtülü, hava isə soyuq olub. Sürücülər dərhal işə başlayıblar və dünən ikinci sessiyada işləyə bilməməklərini konpensasiya etməyə çalışıblar.

F-1.az bildirir ki, onlar müxəlif proqramlar üzrə işləyiblər. Ferrari sürücüləri uzun dövrələr vurmağa başlayıblar, ona görə onların tempi nisbətən aşağı olub. Mercedes sürücüləri isə əksinə, daha yaxşı dövrəvi nəticə üçün çalışıblar və trasın mütləq rekorduna çox yaxınlaşıblar. Red Bull sürücüləri trasa bir qədər gec çıxsalar da, intensiv işləyiblər.

Ən yaxşı nətcəni göstərən Valtteri Bottas sessiyanın ortalarında 14-cü döngədə idarəetməni itirib və baryerə çırpılıb. Maşının antiqanadı qırılıb, arxa hissəsinə zərər dəyib. Finlandiyalı sürücü maşını boksa çatdıra bilib, lakin trasda qırıntılar çox olduğundan, sessiya qırmızı bayraqlarla dayandırılıb. Bir neçə dəqiqə sonra yaşıl bayraqlar dalğalanıb və bütün sürücülər trasa qayıdıblar, lakin heç kim sürətli dövrə vura bilməyib.

Kimi Rəykkönen ikinci Danger döngəsində idarəetməni itirib. Maşının asılqanı sınıb və Kimi boksa tibbi maşında qayıtmalı olub. Onun maşını tez evakuasiya olunub və sessiyaya restart verilib. Bütün peleton bu dəfə də dərhal trasa çıxıb. Lakin Bottasın nəticəsini yaxşılaşdıran olmayıb. Bizi Bakı vaxtı ilə saat 10:00-da maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:29.0559
244Lyuis HəmiltonMercedes AMG1:29.069+ 0:00.01419
35Sebastyan FettelFerrari1:29.379+ 0:00.32423
433Maks FerstappenRed Bull1:29.910+ 0:00.85515
53Daniel RikkardoRed Bull1:30.018+ 0:00.96313
631Esteban OkonForce İndia1:30.109+ 0:01.05412
727Niko HülkenberqRenault1:30.315+ 0:01.26019
814Fernando AlonsoMcLaren1:30.424+ 0:01.36913
911Serxio PeresForce İndia1:30.563+ 0:01.50812
1030Colion PalmerRenault1:30.764+ 0:01.70922
1119Felipe MassaWilliams1:30.764+ 0:01.70921
122Stoffel VandornMcLaren1:30.770+ 0:01.71518
1355Karlos SaynsToro Rosso1:30.799+ 0:01.74423
1420Kevin MaqnussenHaas1:30.982+ 0:01.92712
1518Ləns StrollWilliams1:31.011+ 0:01.95620
1610Pyer QasliToro Rosso1:31.353+ 0:02.29825
178Roman QrojanHaas1:31.459+ 0:02.40413
189Markus ErikssonSauber1:32.579+ 0:03.52422
1994Paskal VerlyaynSauber1:32.698+ 0:03.64321
207Kimi RəykkönenFerrari1:33.962+ 0:04.90712

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 850
Teqlər , , , , , ,
Paylaş

logo