22 Oktyabr 2017, Bazar - 01:28

Yaponiya-2017: Sıralanma turu

Yaponiya-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

11:16 - 07 Oktyabr, 2017

Suzukada ötmələr asan deyil, ona görə də start mövqeyi böyük əhəmiyyət daşıyır, baxmayaraq ki, burada poulun sahibləri son 5 ildə yalnız bir dəfə qalib gəliblər. Hibrid güc qurğularına keçiddən sonra isə bu ilə qədər Suzukada poul qazanan yeganə sürücü Niko Rosberq olub. Keçən il karyerasını bitirən sürücü Suzukaya bu dəfə Sky Sports-un əməkdaşı qismində gəlib.

Cümə günü məşqlərə yağış mane olub. Gecə yağış yağsa da, bu gün səhərki məşqlərin startına qədər tras quruyub və sürücülər dünənki vaxt itkisini qismən kompensasiya edə biliblər. Lakin bugünkü sessiya da insidentsiz ötüşməyib – Bottas və Rəykkönen qəza ediblər. Ferrari mexanikləri Kiminin ötürmələr qutusunu dəyişmək üçün intensiv çalışıblar və sıralanma turu başladıqdan sonra işi yekunlaşdıra biliblər.

Sıralanma turundan əvvəl startda 5 sürücünün  – güc qurğusunu dəyişdiyi üçün Alonsonun 35, Sayns və Palmerin 20, ötürmələr qutusunu dəyişdiyi üçün isə Bottas və Rəykkönenin 5 yer itirəcəyi məlum idi.

Pirelli Suzukaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib.

İlk sessiyada Həmilton və Fettel Soft, digər sürücülər isə SuperSoft təkərlərlə trasa yollanıblar. Bottas idarəetməni itirib, amma maşını baryerə çırpılmaqdan qoruya bilib. Həmilton 1:29.047-lik nəticə göstərib. Sessiya son dəqiqələrdə qırmızı bayraqlarla saxlanılıb. Qrojan qəzaya uğrayıb. Sürücü kokpiti özü tərk etsə də, hər ehtimala qarşı tibbi mərkəzə göndərilib. Sona olduqca az vaxt qaldığından, sessiyaya restart verilməyib. Qrojan, Qasli, Stroll, Eriksson və Verlyayn mübarizəni dayandırıblar.

İkinci sessiyaya Soft təkərlə başlayan sürücülər Rəykkönen və Bottas olublar. Həmilton ilk cəhdində trasın yeni rekordunu müəyyənləşdirib – 1:27.819. Rikkardo, Rəykkönen və Ferstappen ikinci cəhdlərindən imtina ediblər. Bottas SuperSoft təkərlərlə trasa qayıdıb. Vandorn, Hülkenberq, Maqnussen, Palmer və Sayns üçüncü sessiyaya keçə bilməyiblər.

Final sessiyasında Həmilton elə ilk cəhdində 1:27.345-lik nəticə göstərib və komanda yoldaşını 0.6 saniyə üstələyib. Rəykkönen sürətli dövrəsində səhvə yol verib və dövrəsini tamamlamadan boksa qayıdıb. Lyuis ikinci cəhdində nəticəsini daha da yaxşılaşdırıb – 1:27.319. Bottas isə ikinciliyi Fetteldən geri alıb.

Lyuis Həmilton mövsümdə 10-cu, karyerasında isə 71-ci  poulunu qazanıb. Bu, Lyuisin Suzukada ilk pouludur və britaniyalının poul qazandığı 26-cı trasdır.

Sabah startda Rəykkönen və Bottas yer itirəcəklər. Yarışa Həmiltonun yanından çempionatdakı əsas rəqibi Fettel başlayacaq. Arxa cərgədə isə Red Bull sürücüləri olacaqlar…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:29.047711:27.81951:27.3196
277Valtteri BottasMercedes AMG41:29.332531:28.54351:27.6517
35Sebastyan FettelFerrari51:29.352621:28.22561:27.7917
43Daniel RikkardoRed Bull61:29.475451:28.93531:28.3066
533Maks FerstappenRed Bull31:29.181341:28.74731:28.3326
67Kimi RəykkönenFerrari21:29.163561:29.07951:28.4985
731Esteban OkonForce İndia81:30.115471:29.19961:29.1116
811Serxio PeresForce İndia71:29.696581:29.34361:29.2606
919Felipe MassaWilliams101:30.352491:29.68761:29.4806
1014Fernando AlonsoMcLaren121:30.5254101:29.74961:30.6873
112Stoffel VandornMcLaren141:30.6545111:29.7786
1227Niko HülkenberqRenault91:30.2524121:29.8796
1320Kevin MaqnussenHaas151:30.7745131:29.9726
1430Colion PalmerRenault111:30.5164141:30.0226
1555Karlos SaynsToro Rosso131:30.5655151:30.4136
168Roman QrojanHaas161:30.8495
1710Pyer QasliToro Rosso171:31.3177
1818Ləns StrollWilliams181:31.4096
199Markus ErikssonSauber191:31.5977
2094Paskal VerlyaynSauber201:31.8857

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 576
Teqlər , , , ,
Paylaş

logo