22 Oktyabr 2017, Bazar - 01:26

Yaponiya-2017: Günün sürücüsü – Maks Ferstappen

Yaponiya-2017: Günün sürücüsü – Maks Ferstappen

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:46 - 08 Oktyabr, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, Suzukada yarışın son dövrələrində Lyuis Həmiltonla mübarizə aparan Red Bull-un gənc sürücüsü Maks Ferstappen mövsümdə ikinci dəfə  “Günün Sürücüsü” seçilib. Xatırladaq ki, hollandiyalı sürücü bu il Şanxay yarışında da azarkeşlərin rəğbətini qazanmışdı.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel
Kanada Qran PrisiSebastyan Fettel
Azərbaycan Qran PrisiLəns Stroll
Avstriya Qran PrisiValtteri Bottas
Britaniya Qran PrisiDaniel Rikkardo
Macarıstan Qran PrisiKimi Rəykkönen
Belçika Qran PrisiLyuis Həmilton
İtaliya Qran PrisiDaniel Rikkardo
Sinqapur Qran PrisiLyuis Həmilton
Malayziya Qran PrisiSebastyan Fettel
Yaponiya Qran PrisiMaks Ferstappen

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 235
Teqlər , , , ,
Paylaş

logo