17 Dekabr 2017, Bazar - 04:17

Yaponiya-2017: Birinci sərbəst yürüşlər

Yaponiya-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

06:42 - 06 Oktyabr, 2017

Suzukada ilk məşqlərdə yağış yağacağı proqnozlaşdırılmışdı, lakin sessiyanın əvvəlində bu baş verməyib. Hava kifayət qədər sərin, amma asfalt quru olub.

F-1.az bildirir ki, sürücülər dərhal trasa tələsiblər və fəal işləməyə başlayıblar. Çünki Suzukada hava hər an dəyişə bilərdi. İlk 10 dəqiqədə sürücülər dəfələrlə yağışın başladığını deyiblər, lakin hər şey bir neçə damcı ilə kifayətlənib.

Dərhal məlum olub ki, Suzukada sürətlər digər traslarla müqayisədə daha çox artıb. Ötən il ilk sessiyanın ən yaxşı nəticəsini Həmilton elə ilk dövrədə keçib. Poul nəticəsini isə startdan 12 dəqiqə sonra Bottas üstələyib. Sürücülər trasın mütləq rekorduna – Mixael Şumaxerin 2006-cı ildə göstərdiyi 1:28.954-lük nəticəyə çox yaxınlaşıblar.

Yağış hələ başlamasa da, sessiya bir saatın tamamında qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Saynsın qəza etməsi olub. İspan sürücü 11-ci döngənin çıxışındakı porebrikin üstünə çıxıb, idarəetməni itirirərək trasdan çıxıb və maşın baryerlərə çırpılıb. Zərbə kifayət qədər güclü olub. Ön asılqan demək olar ki, tamamilə məhv olub, asfalta çox sayda qırıntılar səpələnib.

Sessiya 15 dəqiqə sonra davam etdirilib, lakin artıq hava şəraiti pisləşib və narın yağış yağmağa başlayıb. Buna baxmayaraq, sürücülər sliklərlə işləməyə davam ediblər. Bəziləri hətta nəticələrini yaxşılaşdırıblar. Lakin sona 5 dəqiqə qalmış yağış güclənib və hamı bokslara qayıdıb.

Protokollara Fettel başçılıq edib – 1:29.166. İkinci sərbəst yürüşlər Bakı vaxtı ilə saat 09:00-da start götürəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:29.16623
244Lyuis HəmiltonMercedes AMG1:29.377+ 0:00.21129
333Daniel RikkardoRed Bull1:29.541+ 0:00.37527
47Kimi RəykkönenFerrari1:29.638+ 0:00.47222
577Valtteri BottasMercedes AMG1:30.151+ 0:00.98530
633Maks FerstappenRed Bull1:30.762+ 0:01.59626
731Esteban OkonForce İndia1:30.899+ 0:01.73322
827Niko HülkenberqRenault1:30.974+ 0:01.80824
98Roman QrojanHaas1:31.032+ 0:01.86622
102Stoffel VandornMcLaren1:31.202+ 0:02.03624
1120Kevin MaqnussenHaas1:31.216+ 0:02.05015
1214Fernando AlonsoMcLaren1:31.235+ 0:02.06919
1311Serxio PeresForce İndia1:31.530+ 0:02.36423
1418Ləns StrollWilliams1:31.602+ 0:02.43622
1530Colion PalmerRenault1:31.757+ 0:02.59122
1619Felipe MassaWilliams1:31.912+ 0:02.74620
1755Karlos SaynsToro Rosso1:32.252+ 0:03.08614
1810Pyer QasliToro Rosso1:32.501+ 0:03.33518
1994Paskal VerlyaynSauber1:32.897+ 0:03.73129
209Markus ErikssonSauber1:33.397+ 0:04.23128

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 322
Teqlər , , , , , ,
Paylaş

logo