17 Dekabr 2017, Bazar - 11:55

Yaponiya-2016: Yarışa hava proqnozu

Yaponiya-2016: Yarışa hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:13 - 08 Oktyabr, 2016

Suzukada bazar günü üçün tərtib edilmiş son hava proqnozu səhər yağış vəd etsə də, yarışa qədər vəziyyətin düzələcəyini xəbər verib.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, hazırda Suzukada yağış yağır, amma səhər yağış dayanmalıdır. Asfalt üzərində əmələ gəlmiş rezin qatı yarışa qədər tam yuyulacaq. Ona görə də yarışın gedişində təkərlərlə problemlərin yaşanması gözlənilir.

Sürücülər yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 9:00-da) qızdırma dövrəsinə yollanacaqlar. Həmən vaxt səma buludlu olsa da, havanın hərarəti +21 dərəcəyə çatacaq. Yarışın gedişində yağışın yağma ehtimalı isə cəmi 10% təşkil edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 136
Teqlər , ,
Paylaş

logo