17 Dekabr 2017, Bazar - 09:58

Yaponiya-2016: Sıralanma turu

Yaponiya-2016: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

11:33 - 08 Oktyabr, 2016

Mövsümün 17-ci yarışı olan Yaponiya Qran Prisinin sıralanma turu olduqca sıx mübarizəyə səhnə olub. Ferrari Red Bull-u qabaqlayarkən, cümə günündən etibarən hamıdan üstün olan Niko Rosberq karyerasının 30-cu poulunu qazanıb.

F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüş sessiyaları quru və isti havada keçmişdi. Gecə yağan yağışın və buludlu havanın nəticəsində bugünkü sərbəst yürüş sessiyasında trasın bəzi hissələrində az miqdarda su olub. Asfaltın istiliyi isə aşağı olub. Sıralanma turunda da havanın temperaturu və asfaltın istiliyi səhərki ilə eynilik təşkil edib – müvafiq olaraq +24 və +27 dərəcə. Pirelli Suzukaya Hard, Medium və Soft üçlüyünü gətirib.

Birinci sessiyaya Mercedes AMG və Red Bull sürücüləri ilə yanaşı, Valtteri Bottas da Medium təkərlərlə başlayıb. Sayns və Massa isə Hard təkərlərlə trasa çıxıblar. İlk cəhdlərdən sonra Rosberq ən yaxşı nəticəni göstərsə də, Soft təkərlərlə trasda olan Ferrari sürücüləri onu üstələyiblər. Fettelin nəticəsi 1:31.659 olub və komanda yoldaşı ondan 0.015 saniyə geri qalıb. Mercedes AMG, Ferrari və Force İndia sürücüləri ikinci cəhdlərinə çıxmayıblar. Batton, Maqnussen, Sauber və Manor sürücüləri ilk sessiyadan sonra mübarizəni dayandırıblar.

İkinci sessiyaya bütün sürücülər Soft təkərlərlə çıxıblar. Rosberq ən sürətli olub – 1:30.714. Sürətli dövrəsində trasdan bir qədər çıxan Həmilton ona 0.4 saniyə uduzub. Williams sürücüləri ilk cəhdə çıxmayıblar. İlk altılıqdakı yerləri toxunulmaz göründüyündən, Mercedes AMG, Ferrari və Red Bull sürücüləri sessiya ərzində trasa qayıtmayıblar. Qalan dörd yer uğrunda isə gərgin mübarizə gedib. Bu mübarizədən qalib ayrılan Haas və Force İndia komandaları olublar. Haas ilk dəfə hər iki sürücüsü ilə son sessiyaya keçərkən, Force İndia Mühəndislər Kubokundakı əsas rəqibi olan Williams komandasını üstələyib. Williams və Toro Rosso-nun sürücüləri, o cümlədən Alonso və Palmer mübarizəni dayandırıblar. Son yarışlarda yaxşı nəticələr əldə edən McLaren Suzukada gözlənilən nəticəni hələ ki, göstərə bilmir.

Son sessiyada ilk cəhdlərdən sonra Rosberqi 0.2 saniyə fərqlə üstələyən Həmilton protokollara başçılıq edib. Red Bull və Ferrari sürücüləri demək olar ki, eyni nəticələri göstəriblər – üçüncü və altıncı yerlər arasında cəmi 0.06 saniyə fərq olub. Haas və Force İndia komandalarının sürücüləri ilk cəhdə çıxmayıblar. İkinci cəhddə Həmilton nəticəsini bir qədər yaxşılaşdırsa da, poula kifayət etməyib. Niko Rosberq 1:30.647-lik nəticə ilə Suzukada ardıcıl 3-cü dəfə poulu qazanıb. Bu, alman sürücünün karyerasındakı 30-cu pouldur. Rəykkönen 3-cü, Fettel isə 4-cü olub. Ferstappen son yarışda qalib gəlmiş komanda yoldaşını üstələyib. Növbəti 4 yerin sahibləri isə, müvafiq olaraq, Peres, Qrojan, Hülkenberq və Qutyerres olublar.

Lider komandaların nəticələri bir-birinə yaxındır və sabah bizi çox maraqlı yarış gözləyir!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
16Niko RosberqMercedes AMG31:31.858411:30.71431:30.6476
244Lyuis HəmiltonMercedes AMG41:32.218421:31.12931:30.6606
37Kimi RəykkönenFerrari21:31.674341:31.40631:30.9496
45Sebastyan FettelFerrari11:31.659331:31.22731:31.0286
533Maks FerstappenRed Bull81:32.487551:31.48931:31.1786
63Daniel RikkardoRed Bull91:32.538561:31.71931:31.2406
711Serxio PeresForce İndia131:32.6823101:32.23761:31.9613
88Roman QrojanHaas71:32.458881:32.17661:31.9613
927Niko HülkenberqForce india61:32.448391:32.20061:32.1423
1021Esteban QutyerresHaas111:32.620671:32.15561:32.5473
1177Valtteri BottasWilliams51:32.3837111:32.3154
1219Felipe MassaWilliams101:32.5627121:32.3804
1326Daniil KvyatToro Rosso121:32.6455131:32.6236
1455Karlos SaynsToro Rosso141:32.7897141:32.6855
1514Fernando AlonsoMcLaren161:32.8196151:32.6896
1630Colion PalmerRenault151:32.7966161:32.8076
1722Censon BattonMcLaren171:32.8516
1820Kevin MaqnussenRenault181:33.0236
199Markus ErikssonSauber191:33.2227
2012Felipe NasrSauber201:33.3327
2131Esteban OkonManor211:33.3539
2294Paskal VerlyaynManor221:33.5619

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər , , , , ,
Paylaş

logo