Yaponiya-2016: İkinci sərbəst yürüşlər

İkinci sessiyanın gedişində trasın səmasını buludlar tam örtüblər - axşama yağış gözlənilir. Proqnozlara görə, bu gün axşam yağmağa başlayan yağış kiçik fasilələrlə bazar ertəsinə qədər davam edəcək. Havanın və trasın temperaturu aşağı düşdüyü üçün sürücülər cümə proqramını yerinə yetirməyə tələsiblər.

F-1.az xəbər verir ki, McLaren komandası Alonsonun maşınının bərpa edib – qazburaxma sistemi tam dəyişdirilib. Sessiyanın əvvəlində Kevin Maqnussen əyləclərin bloka düşməsi səbəbindən çınqıllı sahəyə səyahət edib, Kvyat isə son döngədə otluğa çıxıb. Rosberqin maşınından pit yolunun sonunda start prosedurunu test edərkən tüstü buludu ayrılıb, amma sürücü hərəkətə davam edib.

Sessiyanın ortasında Qutyerresin maşınında turbin imtina edib – maşını təxliyə etmək üçün virtual təhlükəsizlik maşını rejimi elan olunub. Sessiyanın sonunda Nasr yerində fırlanıb, Həmilton isə sonuncu şikanada trasdan çıxıb.

Nahardan əvvəl olduğu kimi protokollara Niko Rosberq başçılıq edib, amma bu dəfə komanda yoldaşını cəmi 0.072 saniyə qabaqlayıb. Sabah məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:32.250 35
2 44 Lyuis Həmilton Mercedes AMG 1:32.322 + 0:00.072 35
3 7 Kimi Rəykkönen Ferrari 1:32.573 + 0:00.323 26
4 33 Maks Ferstappen Red Bull 1:33.061 + 0:00.811 29
5 5 Sebastyan Fettel Ferrari 1:33.103 + 0:00.853 34
6 11 Serxio Peres Force İndia 1:33.570 + 0:01.320 37
7 27 Niko Hülkenberq Force İndia 1:33.873 + 0:01.623 35
8 14 Fernando Alonso McLaren 1:33.985 + 0:01.735 37
9 77 Valtteri Bottas Williams 1:34.028 + 0:01.778 33
10 55 Karlos Sayns Toro Rosso 1:34.086 + 0:01.836 33
11 19 Felipe Massa Williams 1:34.127 + 0:01.877 33
12 3 Daniel Rikkardo Red Bull 1:34.150 + 0:01.900 29
13 8 Roman Qrojan Haas 1:34.241 + 0:01.991 33
14 26 Daniil Kvyat Toro Rosso 1:34.305 + 0:02.055 27
15 20 Kevin Maqnussen Renault 1:34.339 + 0:02.089 36
16 22 Censon Batton McLaren 1:34.398 + 0:02.148 29
17 21 Esteban Qutyerres Haas 1:34.643 + 0:02.393 11
18 30 Colion Palmer Renault 1:34.760 + 0:02.510 40
19 12 Felipe Nasr Sauber 1:34.824 + 0:02.574 26
20 94 Paskal Verlyayn Manor 1:35.292 + 0:03.042 30
21 31 Esteban Okon Manor 1:35.400 + 0:03.150 37
22 9 Markus Eriksson Sauber 1:36.318 + 0:04.068 26
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*