17 Dekabr 2017, Bazar - 10:17

Yaponiya-2016: Həftəsonuna hava proqnozu

Yaponiya-2016: Həftəsonuna hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:47 - 06 Oktyabr, 2016

Meteoroloqların Yaponiya Qran Prisi üçün tərtib etdikləri hava proqnozu həftəsonuna isti və yağışlı günlər vəd edir…

F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü Suzukada hava buludlu olacaq, temperatur +23 dərəcəni aşmayacaq, yağışın yağma ehtimalı isə 20% təşkil edəcək.

Şənbə günü hava +26 dərəcəyədək qızsa da, yağışın yağma ehtimalı 60%-dək artacaq. Bazar günü yağış ehtimal olunmasa da, temperatur +22 dərəcəyədək düşəcək.

Keçən il cümə günü yağışlı olsa da, şənbə və bazar günləri quru havada baş tutmuşdu…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 124
Teqlər , ,
Paylaş

logo