Yanacaq sərfinə nəzarət cihaz FİA tərəfindən təsdiq olunub

Texniki reqlamentin sərt məhdudiyyətləri nəzarətin də bir o qədər sərt olmasını tələb edir, axı Formula1-də kiçik bir xəta qüvvələr nisbətinə […]

Texniki reqlamentin sərt məhdudiyyətləri nəzarətin də bir o qədər sərt olmasını tələb edir, axı Formula1-də kiçik bir xəta qüvvələr nisbətinə ciddi təsir edə bilər.

2014-cü ildə sürücülər yarış məsafəsini 100 kq yanacaqla qət etməlidirlər, amma keçən ilin sonunda məlumat yayılmışdı ki, yanacaq sərfinə ultrasəsli nəzarət cihazlarında xəta gözlənilən 0.5% əvəzinə 1.5%-dir. Amma bu gün məlum olub ki, arxada qalan müddət ərzində problemi həll etmək mümkün olub. Gill Sensors şirkətinin başçısı Mayk Gill bildirib ki, yeni cihazlar artıq FİA tərəfindən təsdiq olunublar və bu il onlardan Formula1 çempionatı ilə yanaşı WEC (dözümlülük yarışları) çempionatında da istifadə olunacaq…

Mayk Gill: “Biz şadıq ki, belə bir çətin məsələnin həlli üçün məhz bizim şirkət seçilib, eyni zamanda bu bizi həyəcanlandırır. Şadıq ki, FİA bizim cihazların dəqiqlik və etibarlılığına güvənir. Biz federasiya və bütün komandalara minnətdarlıq edirik ki, bizə bu məsələnin öhdəsindən gəlmək üçün zəruri dəstək göstəriblər.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*