17 Oktyabr 2017, Çərşənbə axşamı - 21:00

Y.Trulli: “Fettelin hələ şansı var”

Y.Trulli: “Fettelin hələ şansı var”

Müəllif: Rauf Hacıyev, redaktor

10:14 - 22 Sentyabr, 2017

Sabiq Formula1 sürücüsü Yarno Trulli bildirib ki, Fettelin çempionluq şansları hələ də davam edir.

F-1.az xatırladır ki, Fettel Sinqapur yarışına favorit kimi gəlmiş və sıralanma turunda poul qazanmışdı. Amma almaniyall sürücü startda Ferstappeni sıxışdırmaq istəyərkən, insident yaşayaraq mübarizəni dayandırmış və çempionluq uğrunda ağır zərbə almışdı. 30 yaşlı sürücü hazırda lider Həmiltondan 28 xal geri qalır.

Yarno Trulli: “İlk dövrədəki insidentin günahkarı Fettel idi. Sola manevr edərkən diqqətli ola bilərdi. 28 xallıq fərq böyük görünsə də, avtoidmanda hər şey mümkündür. Mercedes-in bir səhvi Fetteli yenidən titul uğrunda mübarizənin içinə daxil edə bilər. Ferrari kimi komanda güclü olduğu bir mövsümdə asanlıqla təslim olmaz. Mövzu onlardırsa, son yarışın son döngəsinə qədər hər şey ola bilər. Görək nə olur. Bizi çox həyəcanlı 6 yarış gözləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 246
Teqlər , , , ,
Paylaş

logo