15 Dekabr 2017, Cümə - 10:17

Y.Haseqava: “McLaren-lə əməkdaşlığı davam etdirmək istəyirik”

Y.Haseqava: “McLaren-lə əməkdaşlığı davam etdirmək istəyirik”

Müəllif: Elçin Zodorov, redaktor

18:03 - 06 Avqust, 2017

Honda Motorsport-un rəhbəri Yusuke Haseqava ümid edir ki, Hunqarorinqdə əldə edilən nəticə McLaren-lə əməkdaşlığın davam etməsinə imkan verəcək.

F-1.az xatırladır ki, Qran Prisində Fernando Alonso altıncı, Stoffel Vandorn isə onuncu olaraq komandaya 9 xal qazandırmışdılar. Mövsümə zəif start verdikdən sonra komandanın rəhbərliyi motor təchizatçısının dəyişdirilə biləcəyinə işarə vurmuşdu və Honda-ya sentyabr ayına qədər vaxt verilmişdi.

Yusuke Haseqava: “Mən Macarıstandan yaxşı nəticə ilə qayıtdığımız üçün şadam. Düşünürəm ki, bu yarış McLaren-lə münasibətlərimizin yaxşılaşmasına kömək edəcək. Şübhəsiz ki, biz McLaren-lə bundan sonra da işləmək istəyirik. Düşünürəm ki, əməkdaşlığı davam etdirsək, nəticələri də birlikdə yaxşılaşdıra bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 645
Teqlər , , , , , ,
Paylaş

logo