Y.Haseqava: “Kanadaya yenilik gətirmək? Buna hazır deyilik”

Honda Motorsport-un rəhbəri Yusuke Haseqava etiraf edib ki, güc qurğusu üçün yenilənmə paketini Kanada Qran Prisinə qədər çatdırmaq çətin olacaq.

F-1.az bildirir ki, yapon təchizatçının ilk ciddi yenilikləri sürətli tras olan Monreala gətirəcəyi gözlənilirdi. Lakin indi məlum olub ki, bu baş verməyə bilər. Haseqava bu barədə Autosport-a danışıb.

Yusuke Haseqava: “Biz bundan əlimizi üzməmişik. Bütün qüvvəmizlə çalışırıq. Yekun qərar cümə axşamından tez olmayaraq veriləcək. Biz motorun gücünü əvvəlki yenilənmənin hesabına bir qədər artırmağa nail olmuşuq. Bu, çox da böyük artım deyil. Lakin başqa yenilənmələr üçün motoru dəyişməyin də bir mənası yoxdur. Sazlanmalar üzərində işləməyə hələ başlamamışıq. Bəzi detallar hazırdır. Biz güc qurğusunun etibarlılığına əmin olsaq, onları sınaqdan keçirə bilərik.

Hələ heç nə tam hazır deyil. Lakin bəzi amilləri də nəzərə almaq vacibdir. Yeni motor köhnəsindən yaxşı olacaq, lakin fərq elə də böyük olmayacaq. Kanadada böyük yeniliklər etmək çətin olacaq. Əsas dəyişiklik daxiliyanma mühərriyində olacaq. Turbinlərin yenilənməsi də nəzərdə tutulub”.

Qeyd edək ki, McLaren ilk 6 yarışdan sonra xal toplamayan yeganə komandadır. Erik Bulye isə yaxşı çıxış edərək xallar qazanmaq üçün Honda-nın irəli addım atmasının vacib olduğunu bildirir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*