23 Oktyabr 2017, Bazar ertəsi - 14:04

Y.Ferstappen: “Oğlum qələbəyə layiq idi”

Y.Ferstappen: “Oğlum qələbəyə layiq idi”

Müəllif: Rauf Hacıyev, redaktor

06:07 - 03 Oktyabr, 2017

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, oğlu qələbəyə sona qədər layiq olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Malayziyada Həmiltonu trasda keçərək, karyerasının ikinci qələbəsinə imza atıb.

Yos Ferstappen: “Maksın bu qələbəyə ehtiyacı var idi. Sonuna qədər layiq idi. Mövsüm onun üçün pis keçdi və öyrənməli olduğu çox şey var. Amma bu nəticə göstərdi ki, tam motivasiya ilə işləsəniz, uğur qazanmaq olar. Bazar günü Maks bunu isbatladı. Bolidi çox sürətli idi. İlk dövrədə Lyuisin arxasında qala bildi və daha sonra təmiz bir hücumla onu ötdü. Bilirdi ki, Lyuis çempionluq uğrunda mübarizə aparır və bunu düşünəcək. Red Bull burada Mercedes-dən sürətli idi. Davamlı olaraq tempini qorudu və vəziyyətə nəzarət etdi. Çempionluq uğrunda mübarizə apara bilər və bunun üçün güclü bolidə ehtiyacı var. Maks istedadlarından xəbərdardır. Red Bull da bunu bilir və bolidi gücləndirmək üçün hər şey edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 905
Teqlər , , , ,
Paylaş

logo