X.Vilya Liutsini əvəz edəcək?

Şayiələr gəzir ki, 23 yaşlı Xavyer Vilya Hispania komandasında Vitantonio Liutsini hələ bu mövsümdə əvəz edəcək. Liutsi komandaya sponsor cəlb […]

Şayiələr gəzir ki, 23 yaşlı Xavyer Vilya Hispania komandasında Vitantonio Liutsini hələ bu mövsümdə əvəz edəcək.

Liutsi komandaya sponsor cəlb etməmişdi, amma Kolin Kolles ümid edirdi ki, italiyalı sürücünün təcrübəsi Mühəndislər Kubokunda onuncu yer uğrunda mübarizə aparmağa imkan verəcək və buna görə komanda FOM-dan mükafat payı alacaq, amma hələlik komanda 11-ci yerdədir və Team Lotus-la mübarizə apara bilmir..

Keçən həftə komandanın sahibi də dəyişib və Thesan Capital-dan olan səhmdarlar hesab edirlər ki, Vilya elə bir sürücüdür ki, onun ətrafında komanda qurmaq olar.

Xavyer GP2 seriyasında çıxış edib və 2008-ci ildə BMW Sauber-in sükanı arxasında testlərə qatılıb və hazırda WTCC-də çıxış edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*