Xeresdə tribunalar yerli azarkeşlərlə doludur

Bu səhər tezdən Xeresə qatı duman çöküb, amma testlərin əvvəlinə duman çəkilib və günəş asfaltı qızdırmağa başlayıb – komandalar və […]

Bu səhər tezdən Xeresə qatı duman çöküb, amma testlərin əvvəlinə duman çəkilib və günəş asfaltı qızdırmağa başlayıb – komandalar və tribunaları doldurmuş azarkeşlər bundan çox seviniblər.

Ferrari-nin mətbuat xidmətinin verdiyi xəbərə görə, hələ səhər saat skkizdən avtodroma azarkeş axını başlayıb. Aydındır ki, ispaniyalı azarkeşlər başqa sürücüləri də sevirlər, amma bu gün onlar öz kumirlərinə tamaşa etməyə gəliblər – keçən ili ikinci yerdə başa vuran ikiqat dünya çempionu Ferrari-də ikinci mövsümünə hazırlaşır.

Yeri gəlmişkən, Alonso yaxın dostu Robert Kubitsanı dəstəkləmək arzusu ilə öz şleminə polşalı sürücünün şleminin balaca şəklini yapışdırıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*