20 Oktyabr 2017, Cümə - 01:43

Xeresdə hər bir komandaya 35 dəst təkər veriləcək

Xeresdə hər bir komandaya 35 dəst təkər veriləcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:21 - 05 Fevral, 2013

Dördgünlük Xeres testlərində hər bir komandaya 35 dəst təkər veriləcək – bu barədə Pirelli şirkətinin mətbuat xidməti xəbər yayıb. Komandalar […]

Dördgünlük Xeres testlərində hər bir komandaya 35 dəst təkər veriləcək – bu barədə Pirelli şirkətinin mətbuat xidməti xəbər yayıb.

Komandalar Hard, Medium və Soft təkərlərindən istənilən nisbətdə seçim edə bilərlər, əgər lazım olarsa, onlara yağış və keçid təkələri də verilə bilər. Ən yumşaq SuperSoft təkərləri isə Xeresə gətirilməyib, çünki bu tərkibin xüsusiyyətləri trasa uyğun gəlmir.

Pol Hembri, Pirelli Motorsport: “Komandalar yeni təkərlərlə birinci dəfə işləyəcəklər, bu təkərlər keçənilkindən fərqlənirlər – P Zero təkərlərinin hər variantı həm tərkib, həm də konstruksiya cəhətdən dəyişikliyə məruz qalıb. Yeni təkərlər daha yumşaqdırlar, asfalta təmaz sahəsi daha çoxdur, ona görə də asfaltla ilişmə artıb. Xeres testlərinin həlledici aspekti məhz təkərlərlə iş olacaq və biz ümid edirik ki, komandalar evə qayıtdıqdan sonra topladıqları məlumatları təhlil edərək, təkərlərin xüsusiyyətlərini daha yaxşı başa düşəcəklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 124
Teqlər , , , , , , , ,
Paylaş

logo