Xeres testləri (10-13 fevral)

13 fevral Buludlu. Əvvəl quru, sessiyanın sonunda yağış. Havanın temperaturu +10°-16° C, trasın temparaturu +11°-20° C İspaniyanın Xeres trasında mövsümöncəsi […]
13 fevral

Buludlu. Əvvəl quru, sessiyanın sonunda yağış. Havanın temperaturu +10°-16° C, trasın temparaturu +11°-20° C

İspaniyanın Xeres trasında mövsümöncəsi testlərin ikinci seriyası başa çatıb. Bu gün protokollara Rubens Barrikello başçılıq edib – Williams komandasının braziliyalı sürücüsü dördgünlük testlərin ən yaxşı nəticəsinə imza atıb. Rubens Xeresdə 80 saniyədən sürətli yeganə sürücü olub.

Barrikello rekord nəticəsini nahardan əvvəl səkkiz dövrəlik seriyanın ilk dövrəsində göstərib. Qeyd edək ki, veteran sürücü Xeresdə həm də birbaşa ən uzun məsafəni qət edən sürücü olub – 25 dövrə. Bu günün ən böyük məsafəsini isə Fernando Alonso qət edib – 115 dövrə, ikiqat dünya çempionu Xeresdə ən uzun məsafə qət edən sürücü olub, iki gün ərzində 246 dövrə.

xer-13.02-kob2
Sauber sürücüsü Kamui Kobayaşi günü ikinci yerdə başa vurub, yerli azarkeşlərin sevimlisi Fernando Alonso isə üçüncülüyü tamamlayıb.

xer-13.02-alo3
Sebastyen Buemi STR6-nın, Bruno Senna isə R31-in çox sürətli olmasını sübut ediblər. Altıncı yeri isə gözlənilmədən Heykki Kovalaynen tutub.

Niko Robserqin sükan arxasına qayıtması yenə də problemlərlə müşaiyət olunub – alman sürücüsü günün yarısını boksda keçirib. Red Bull isə həmişəki kimi uzun dövrələr seriyasında müxtəlif sazlanmaları yoxlayıb. McLaren də uzun dövrələr seriyasında çalışıb.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 R.Barrikello Williams Cosworth 1:19.832 103
02 K.Kobayaşi Sauber Ferrari 1:20.601 + 0:00.769 86
03 F.Alonso Ferrari Ferrari 1:21.074 + 0:01.242 115
04 S.Buemi Toro Rosso Ferrari 1:21.213 + 0:01.381 90
05 B.Senna Lotus Renault GP Renault 1:21.400 + 0:01.568 68
06 H.Kovalaynen Team Lotus Renault 1:21.632 + 0:01.800 43
07 N.Rosberq Mercedes GP Mercedes 1:22.103 + 0:02.271 45
08 S.Fettel Red Bull Renault 1:22.222 + 0:02.390 90
09 C.Batton McLaren Mercedes 1:22.278 + 0:02.446 70
10 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:22.985 + 0:03.153 45
11 P.di Resta Force İndia Mercedes 1:23.111 + 0:03.279 99

12 fevral

xer-12.02-hay1

Quru. Günəşli. Havanın temperaturu +18°-20° C, trasın temparaturu +19°-30° C

İspaniyanın Xeres trasında mövsümöncəsi testlərin ikinci seriyasının üçüncü günü başa çatıb. Günün yekunlarına görə, ən yaxşı nəticəni birinci dəfə R31-in sükanı arxasına oturmuş Nik Haydfeld göstərib – xatırladaq ki, almaniyalı sürücü zədələnmiş Robert Kubitsanın yerinə əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Nik yeni maşına tez öyrəşib – nahardan sonra onun göstərdiyi nəticə dünən Mixael Şumaherin göstərdiyi seriyanın ən yaxşı nəticəsinə cəmi 0.009 saniyə uduzub. Qeyd edək ki, bu nəticəni almaniyalı sürücü səkkiz dövrəli seriyanın əvvəlində göstərib, yəni onun maşınının yanacaq bakları heç də boş olmayıb.

xer-12.02-alo2
Fernando Alonso bu gün tribunlara toplaşmış azarkeşlərinin gözləri önündə günün ən böyük məsafəsini (131 dövrə) qət edərək ikinci nəticəyə imza atıb. Ondan başqa yalnız üçüncü olmuş Mixael Şumaher yüzdən çox dövrə vurub – 114 dövrə.

xer-12.02-shum3
McLaren isə vaxt itirməli olub – komanda testlərə zəruri detalları gətirməyib, nəticədə Lyuis Həmilton cəmi 36 dövrə vurub və dördüncü sətri tuta bilib. Sauber-in yaponiyalı sürücüsü Kamui Kobayaşi iki dəfə sessiyanın dayanmasına səbəb olsa da, protokollarda beşinci yeri tuta bilib. Sonuncu dünya çempionu Sebastyan Fettel isə ancaq altıncı ola bilib, düzdür, Red Bull yenə də uzun dövrələr seriyasında çalışıb və çox yaxşı stabilliyə nail olub.

Kobayaşidən başqa sessiyanın dayanmasına Sebastyen Buemi və Pol di Resta səbəb olublar.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Haydfeld Lotus Renault GP Renault 1:20.361 86
02 F.Alonso Ferrari Ferrari 1:20.493 + 0:00.132 131
03 M.Şumaher Mercedes GP Mercedes 1:21.054 + 0:00.693 114
04 L.Həmilton McLaren Mercedes 1:21.099 + 0:00.738 36
05 K.Kobayaşi Sauber Ferrari 1:21.242 + 0:00.881 84
06 S.Fettel Red Bull Renault 1:21.574 + 0:01.213 98
07 S.Buemi Toro Rosso Ferrari 1:21.681 + 0:01.320 92
08 H.Kovalaynen Team Lotus Renault 1:21.711 + 0:01.350 61
09 R.Barrikello Williams Cosworth 1:22.227 + 0:01.866 99
10 P.di Resta Force İndia Mercedes 1:22.945 + 0:02.584 64
11 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:25.471 + 0:05.110 72

11 fevral

xer-11.02-shum1

Quru. Günəşli. Havanın temperaturu +19°-21° C, trasın temparaturu +26°-33° C

Valensiya testlərindən və Xeres testlərinin birinci günündən sonra Mercedes GP komandası uğur qazanıb: Mixael Şumaher protokollara başçılıq edib. Yeddiqat dünya çempionu ən yaxşı nəticəsini on dövrəlik seriyanın əvvəlində göstərib, yəni maşının yanacaq bakları heç də boş olmayıb. Amma uzun dövrələr seriyasında Mixael Red Bull-un tempinə bir saniyə uduzub.

xer-11.02.-mas2
Şumaherdən başqa, yalnız Felipe Massa 81 saniyədən sürətli olub – Ferrari-nin braziliyalı sürücüsü bu gün ikinci olub. Onun nəticəsi səkkiz dövrəlik seriyanın əvvəlində göstərilib. Nahardan sonra Ferrari dolu baklarla işləyib və maşının sürəti 6-8 saniyə yavaşıyıb. Qeyd edək Felipe dünən olduğu kimi bu gün də ən böyük məsafəni qət edib – 116 dövrə.

xer-11.02-bat3
Censon Batton protkollarda üçüncü sətri tutub. Nahardan əvvəl McLaren yeni maşının sistem və detallarını yoxlayıb, nahardan sonra isə britaniyalı sürücü trasda daha aktiv işləyib – amma altı dövrədən artıq seriya keçirməyib. Xayme Algersuari dördüncü olub, Toro Rosso sürücüsü doqquzuncu döngədə trasdan çıxaraq qırmızı bayraqların dalğalanmasına səbəb olub. Mark Uebber bu gün beşinci olub, amma Red Bull bu gün ancaq uzun dövrələr seriyasında çalışıb. Avstraliyalı uzun məsafədə ən stabil olub.

Sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb – Xaymedən başqa Serxio Peres, Pastor Maldonado və Vitaliy Petrov marşalları darıxmağa qoymayıblar.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 M.Şumaher Mercedes GP Mercedes 1:20.352 112
02 F.Massa Ferrari Ferrari 1:20.413 + 0:00.061 116
03 C.Batton McLaren Mercedes 1:21.009 + 0:00.657 69
04 X.Algersuari Toro Rosso Ferrari 1:21.214 + 0:00.862 72
05 M.Uebber Red Bull Renault 1:21.613 + 0:01.261 113
06 A.Sutil Force İndia Mercedes 1:21.780 + 0:01.428 73
07 S.Peres Sauber Ferrari 1:21.857 + 0:01.505 56
08 T.Qlok Marussia Virgin Cosworth 1:22.208 + 0:01.856 57
09 V.Petrov Lotus Renault GP Renault 1:22.493 + 0:02.141 65
10 P.Maldonado Williams Cosworth 1:22.591 + 0:02.239 38
11 Y.Trulli Team Lotus Renault 1:23.216 + 0:02.864 40

10 fevral

xer-10.02-mas1

Quru. Günəşli. Havanın temperaturu +18°-21° C, trasın temparaturu +25°-34° C

İspaniyanın Xeres trasında mövsümöncəsi testlərin ikinci seriyası start alıb. Çempionatın 11 komandası testlərə qatılıb, yalnız Hispania komandası Monsada Pirelli-nin reklam çəkilişlərində iştirak edir.

xer-10.02-per2
Felipe Massa günün ən yaxşı nəticəsinə imza atıb, maraqlıdır ki, braziliyalı sürücü bu nəticəsini uzun dövrələr seriyasının ortasında göstərib, amma digər sürücülər ən yaxşı nəticələrini boksu tərk edən kimi göstəriblər – təkərlərin sürətlə yeyilməsi davam edir. Braziliyalı sürücü həm də günün ən böyük məsafəsini qət edib – 101 dövrə.

xer-10.02-ueb3
Sauber komandasının debütantı Serxio Peres və Red Bull-un sürücüsü Mark Uebber ilk üçlüyü tamamlayıblar. Toro Rosso nahara qədər ehtiyat sürücüsü Dainel Rikkardo ilə, nahardan sonra isə Xayme Algersuari ilə işləyib – protkollarda bu sürücüləri Lyuis Həmilton ayırıb.

Üç komanda yeni maşınını yoxlayıb: McLaren MP4-26, Force İndia VJM04 və Marussia Virgin MVR-02 pis təsir bağışlamayıblar və sürücülərə böyük məsafə qət etməyə imkan veriblər. Pastor Maldonadonun Williams FW33-də isə yenə problem yaşanıb: arxa antiqanadın hərəkətli elementinin nasazlığı üzündən GP2 çempionu günün çox hissəsini boksda keçirib.

Sauber və Mercedes GP komandaları da qırmızı bayraqların dalğalanmasına səbəb olublar, Vitaliy Petrov isə birinci döngədə trasdan çıxıb və sessiyanı dayandırıb.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Massa Ferrari Ferrari 1:20.709 101
02 S.Peres Sauber Ferrari 1:21.483 + 0:00.774 94
03 M.Uebber Red Bull Renault 1:21.522 + 0:00.813 94
04 D.Rikkardo Toro Rosso Ferrari 1:21.755 + 0:01.046 36
05 L.Həmilton McLaren Mercedes 1:21.914 + 0:01.205 58
06 X.Algersuari Toro Rosso Ferrari 1:22.689 + 0:01.980 42
07 A.Sutil Force İndia Mercedes 1:23.472 + 0:02.763 28
08 V.Petrov Lotus Renault GP Renault 1:23.504 + 0:02.795 57
09 N.Rosberq Mercedes GP Mercedes 1:23.963 + 0:03.254 67
10 Y.Trulli Team Lotus Renault 1:24.458 + 0:03.749 54
11 T.Qlok Marussia Virgin Cosworth 1:25.086 + 0:04.377 42
12 P.Maldonado Williams Cosworth 1:34.968 + 0:14.259 12

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Xeres testləri – 10-13 fevral

13 FEVRAL Buludlu. Səhət nəm, daha sonra quru. Havanın temperaturu +8-11C, trasın temperaturu +10-21C Bu həftə hava Xeres testlərinin aktiv […]
13 FEVRAL

Buludlu. Səhət nəm, daha sonra quru. Havanın temperaturu +8-11C, trasın temperaturu +10-21C

Bu həftə hava Xeres testlərinin aktiv iştirakçısı olub – komandaların hamısı hava ilə hesablaşmalı və test proqramlarına dəyişikliklər etməli olublar. Əgər testlərin birinci və üçüncü günləri sürücülər yağış altında işləyiblərsə, ikinci və dördüncü günləri quru havada işləməli olublar. Bu gün səhər sürücülər trasa çıxanda tras axşamkı yağışdan nəm idi, göyün üzü buludlarla örtülü və hava soyuq olduğundan tras çox gec quruyub, ona görə də səhər sürücülər yağış təkərlərlə işləyiblər. Amma nahardan sonra tras quruyub və komandalar maşınlara sliklər taxıblar.

Səhər tezdən testlər başlayan kimi marşalların qırmızı bayraqları dalğalanıb – Red Bull yanacağın ən az hansı miqdarında motorun dayanmasını yoxlamağı qərara alıb, dünən anoloji eksperimenti Mercedes GP komandası keçirmişdi, axı bu il yanacağın hər bir qramı böyük əhəmiyyət kəsb edir. Maşın boksa qaytarılıb, yanacaq doldurulub və trasa çıxıb.

Protokollara Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü maşının aerodinamikası, əyləc sistemi və çəki paylanması üzərində işləyib, böyük məsafə qət edib. Günün sonunda təzə təkər dəstində üç sürətli dövrə edib və həftənin ən yaxşı nəticəsini göstərib. Gələn həftə testlərdə komanda yenə hər iki sürücüsü ilə işləyəcək.

xer-13-sut
Adrian Sutil bu gün ikinci olub, alman sürücü də ən yaxşı nəticəsini sessiyanın son saatında göstərib – ümumiyyətlə, son saat ərzində bütün komandalar daha az ayanacaqla trasa çıxmışdılar.

xer-13-bar
Rubens Barrikello günü üçüncü yerdə başa vurub, amma Williams ötürmələr qutusundakı problemlər üzündən testləri vaxtından əvvəl başa vurmalı olub.

Günorta Felipe Massanın Ferrari F10-da problemlər yaranıb və sessiya dayandırılıb – braziliyalı sürücü bu gün 160 dövrəlik məsafə qət edib. Massadan iki saat sonra onun dostu Mixael Şumaher qırmızı bayraqları dalğalandırıb – onun Mercedes-i trasda donub. Nəhayət, Virgin komandası bütün problemləri həll edərək ilk tam test gününü keçirib – Lukas di Qrassi hətta cədvəllərdə son sətri də tərk edib.

Bununla da mövsümöncəsi testlərin ikinci seriyası başa çatıb, gələn həftə testlər Xeresdə davam edəcək, on iştirakçıya Lotus komandası da qoşulacaq…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 L.Həmilton McLaren Mercedes 1:19.583 113
02 A.Sutil Force İndia Mercedes 1:20.180 + 0:00.597 83
03 R.Barrikello Williams Cosworth 1:20.341 + 0:00.758 90
04 R.Kubitsa Renault Renault 1:20.358 + 0:00.775 85
05 M.Şumaher Mercedes GP Mercedes 1:20.613 + 0:01.030 83
06 S.Fettel Red Bull Renault 1:21.203 + 0:01.620 89
07 F.Massa Ferrari Ferrari 1:21.485 + 0:01.902 160
08 P.de la Rosa BMW Sauber Ferrari 1:22.134 + 0:02.551 105
09 L.di Qrassi Virgin Cosworth 1:22.912 + 0:03.329 63
10 X.Algersuari Toro Rosso Ferrari 1:24.072 + 0:04.489 98
12 FEVRAL

Buludlu. Yağış. Havanın temperaturu +6-9C, trasın temperaturu +7-15C

Bu gün Xeresdə testlərin ilk gününün senarisi təkrar olunub – səhər sürücülər bir saatdan da az vaxt ərzində quru trasda işləmişdilər ki, yağış başlayıb, ona görə də göstərilən nəticələr gün ərzində dəyişilməyib. İlk dəqiqələrdə Pedro de la Rosanın Sauber-ində yaranmış mexaniki problemlər üzündən marşalların qırmızı bayraqlara əl atmaları komandaların quru trasda işini daha 17 dəqiqə qısaldıb.

xer-12-xay
Protokollara isə STR5-in sükanı arxasında Sebastyen Buemini əvəz etmiş Xayme Algersuari başçılıq edib. Testlər başladıqdan saat yarım sonra Rubens Barrikello doqquzuncu döngədə fırlanıb dayanıb, marşallar yenə də sessiyanı dayandırmalı olublar. Daha bir saat sonra isə Niko Rosberqin maşını dördüncü döngənin çıxışında dayanıb – komanda yanacağın ən az hansı miqdarında motorun dayanmasını müəyyən etmək istəyib, indi əlavə hər bir kiloqramın çox böyük mənası olacaq.

xer-12-pedro
Artıq adət etdiyimiz kimi Sauber sürücülər bu dəfə də protokolda ilk üçlüyə daxil olublar – Pedro de la Rosa Kamuni sükan arxasında əvəz edib. Yağış isə gah güclənib, gah da yavaşıyıb. Bridgestone-nun komandalara verdiyi keçid təkərləri yenə də narazılıqla qarşılanıb – on dövrədən sonra təkərin üzərində naxışdan əsər-əlamət qalmır və təkər slikə çevrilir.

xer-12-sut
Adrian Sutil yeni Force İndia maşının sürətini nümayiş etdirərək günü üçüncü yerdə başa vurub. Nahardan sonra vəziyyət stabilləşib, komandalar yağış proqramı üzrə işlərini davam etdiriblər. Sessiya daha bir dəfə Sutilin maşınında elektronik problemlər yaranarkən dayandırılıb.

Virgin komandası yalnız nahardan sonra trasa çıxa bilib – Lukas di Qrassi debüt edib, amma bir saatdan sonra yağış güclənib və testlər dayandırılıb. Sabah isə havanın nisbətən quru olması gözlənilir…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 X.Algersuari Toro Rosso Ferrari 1:19.919 76
02 P.de la Rosa BMW Sauber Ferrari 1:20.736 + 0:00.817 58
03 A.Sutil Force İndia Mercedes 1:21.428 + 0:01.509 48
04 F.Massa Ferrari Ferrari 1:21.603 + 0:01.684 72
05 S.Fettel Red Bull Renault 1:21.783 + 0:01.864 59
06 V.Petrov Renault Renault 1:22.000 + 0:02.081 68
07 N.Rosberq Mercedes GP Mercedes 1:22.820 + 0:02.901 53
08 R.Barrikello Williams Cosworth 1:23.217 + 0:03.298 120
09 L.Həmilton McLaren Mercedes 1:23.985 + 0:04.066 68
10 L.di Qrassi Virgin Cosworth 1:37.107 + 0:17.188 8
11 FEVRAL

Buludlu. Səhər kiçik yağış, sonra quru. Havanın temperaturu +12-18C, trasın temperaturu +12-26C

Həftənin əvvəlində hava proqnozu Xeresdə məhz cümə axşamı yağış vəd etmirdi, ona görə də komandalar testlərin ikinci gününü səbirsizliklə gözləyirdilər. Düzdür, səhər qısamüddətli yağış yağsa da, tezliklə gün çıxıb və tras qurumağa başlayıb. Sürücülər bütün günü quru hava təkərləri ilə işləyiblər. Bu həftə Bridgestone şirkəti Xeresə Hard və Medium tərkiblərini gətirib, gələn həftə isə komandalara Medium və Soft tərkiblərini təqdim edəcək, nəticədə mühəndislər tərkiblərin effektliyini müqayisə edə biləcəklər.

xer-11-koba
Testlərin ikinci günü protokollara Kamui Kobayaşi başçılıq edib, o ən yaxşı nəticəsini sessiyanın son dəqiqələrində göstərib, safaltın hərarəti artırmış, göstərilən nəticələr yaxşılaşırmış və daha az yanacaqla trasa çıxmış yaponiyalı sürücü günün bütün hissəsini liderlik etmiş Sebastyen Buemini qabaqlaya bilib. Sabah Pedro de la Rosa Sauber-in testlərini davam etdirəcək.

xer-11-bue
Sebastyen Buemi 121 dövrə vurub, deyəsən, Toro Rosso etibarlılıqla bağlı problemləri həll edə bilib. Sabah Sebastyeni Xayme Algerusari əvəz edəcək.

xer-11-bat
Censon Batton bu gün protokollarda üçüncü sətri tutub, amma sessiyanın sonuna yaxın onun maşını trasda donub və marşallar qırmızı bayraqları çıxarmalı olublar. Sabah son dünya çempionunu əvvəlki dünya çempionu Lyuis Həmilton əvəz edəcək.

Williams-ın debütantı Niko Hülkenberq dünən yağış altında 118 dövrə vursa da, bu gün problemlərlə üzləşib, amma onun göstərdiyi nəticə dördüncü olub. Sabah Rubens Barrikello testlərə qoşulacaq. Vitantonio Liutsi günü beşinci yerdə başa vurub – yeni Force İndia VJM03 həm sürətli, həm də etibarlı alınıb.

Mercedes GP və Ferrari komandaları böyük dövrələr seriyasında işləyiblər və Fernando Alonso ən böyük məsafə qət edib – 129 dövrə. Renault test qrafikində dəyişiklik edib və bu gün quru havada işləmək imkanından daha təcrübəli Robert Kubitsa yararlanıb. Timo Qlok isə yenə də günü sonuncu yerdə başa vurub, alman sürücü səhər 11 dövrə vurduqdan sonra yeni VR-01-in qabaq antiqanadı qopub, ehtiyat hissələrin azlığı üzündən komanda testləri dayandırmalı olub.

Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 K.Kobayaşi BMW Sauber Ferrari 1:19.950 103
02 S.Buemi Toro Rosso Ferrari 1:20.026 + 0:00.076 121
03 C.Batton McLaren Mercedes 1:20.618 + 0:00.668 83
04 N.Hülkenberq Williams Cosworth 1:20.629 + 0:00.679 67
05 V.Liutsi Force İndia Mercedes 1:20.754 + 0:00.804 80
06 M.Şumaher Mercedes GP Mercedes 1:21.083 + 0:01.133 124
07 F.Alonso Ferrari Ferrari 1:21.424 + 0:01.474 129
08 R.Kubitsa Renault Renault 1:22.003 + 0:02.053 103
09 M.Uebber Red Bull Renault 1:22.043 + 0:02.093 99
10 T.Qlok Virgin Cosworth 1:29.964 + 0:10.014 11
10 FEVRAL

Buludlu. Yağış. Havanın temperaturu +10-13C, trasın temperaturu +11-14C

Bu gün Xeresdə mövsümöncəsi testlərin ikinci seriyasına start verilib. Keçən testlərdə iştirak etmiş yeddi komandaya daha üçü qoşulub: Force İndia, Red Bull və çempionat ilk debütantı Virgin Raсing.

Testlərdən əvvəl avtodroma toplaşanlar yeni Red Bull RB6 maşınının təqdimatını görüblər, bundan sonra trasda Force İndia komandası fotosessiya keçirib. Testlər səhər quru asfaltda başlayıb, sürücülər trasa tələsiblər – hava proqnozu yağış vəd edirdi, doğrudan da bir saat keçməmiş yağış başlayıb. Bu arada göstərilən nəticələr axşama kimi ən yaxşı qalıb.

xer-10-ros
Protkollara Niko Rosberq başçılıq edib, amma onun göstərdiyi nəticə keçənilki nəticəyə 3 saniyə uduzur, amma komanda yanacaq bakındakı mayenin miqdarı barədə məlumat verməyib. Axşama yaxın isə Nikonun maşını trasda donub və marşallar qırmızı bayraqları çıxarmalı olublar. Sabah onu Mixael Şumaher əvəz edəcək.

xer-10-bue
İkinci yeri isə Sebastyen Buemi tutub, Valensiya testlərinin ilk günündən fərqli olaraq bu dəfə Toro Rosso problemsiz ötüşüb, isveçrəli sürücü isə uzun dövrələr seriyası edib, sazlanmalarla işləyib və maşının davranışını yağış təkərlərində müxtəlif yanacaq miqdarında test edib.

xer-10-hulk
Williams komandasının debütantı Niko Hülkenberq isə bu gün üçüncü olub və günün ən böyük məsafəsini qət edib – 118 dövrə. Komanda maşının və Cosworth motorlarının etibarlılığını yoxlayıb.

Ferrari F10-nu bu gün trasa Fernando Alonso çıxarıb. İspaniyalı sürücü səhər Valensiyadan qalan təkərlərlə işləyib. Qısa dövrələr seriyasından sonra komanda ötürmələr qutusunu söküb, nahardan sonra trasa qayıdan Alonso yağış təkərlərlə böyük dörvələr seriyası edib. Sauber-in sükanı arxasında bu gün Kamui Kobayaşi çalışıb, yağışda 55 dövrə vuran yaponiyalı sürücü beşinci olub. Sabah Fernando və Kamui işlərini davam etdirəcəklər.

RB6-ın debütü uğurlu alınmayıb – günün birinci yarısında qırx dövrə vuran Mark maşının motor problemləri üzündən trasda dayanmalı olub – sessiya qırmızı bayraqlarla dayandırılıb, mexaniklər bütün günü maşınla işləyib, motoru dəyişdikdən sonra Mark daha on dövrə vura bilib. Timo Qlok yalnız nahardan sonra yeni VR-01 maşınını trasa çıxarıb, amma yağışda cəmi 5 dövrə vurduqdan sonra komanda sabahı gözləməyi qərara alıb.

Sabah proqnoza görə komandaları quru hava gözləyir…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes GP Mercedes 1:20.927 57
02 S.Buemi Toro Rosso Ferrari 1:21.031 + 0:00.104 84
03 N.Hülkenberq Williams Cosworth 1:22.243 + 0:01.316 118
04 F.Alonso Ferrari Ferrari 1:22.895 + 0:01.968 88
05 K.Kobayaşi BMW Sauber Ferrari 1:23.787 + 0:02.860 55
06 C.Batton McLaren Mercedes 1:24.947 + 0:04.020 68
07 V.Liutsi Force İndia Mercedes 1:24.968 + 0:04.041 71
08 V.Petrov Renault Renault 1:25.440 + 0:04.513 27
09 M.Uebber Red Bull Renault 1:26.502 + 0:05.575 50
10 T.Qlok Virgin Cosworth 1:38.734 + 0:17.807 5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*