Xeres, 3 mart

Dünən gecə Xeresdə leysan yağış yağıb, amma səhər göyün üzü açılıb və bir neçə saatdan sonra tras quruyub, bununla da […]

Dünən gecə Xeresdə leysan yağış yağıb, amma səhər göyün üzü açılıb və bir neçə saatdan sonra tras quruyub, bununla da komandalar quru asfaltda işləmək imkanı alıblar. Üçüncü günün protokollarına Timo Qlok başçılıq edib, alman sürücü ən yaxşı nəticəsini axşama yaxın sıralanma turunu imitasiya edərkən göstərib, nahardan əvvəl isə o yarışı uğurla imitasiya edib. Sabah onu Yarno Trulli əvəz edəcək.

Protokollarda ikinci sətri Felipe Massa tutub braziliyalı sürücü trasın dəyişkən şəraiti üçün sazlanmaların axtarışı ilə və etibarlılığın sınağı ilə məşğul olub. Sabah Ferrari F60-ın sükanı arxasına Kimi Rəykkönen oturacaq. Mixael Şumaher komandanın işini bokslardan izləyib. Fernando Alonso isə gözlənilmədən üçüncü nəticəni göstərib. Nelsinyo Pike əvvəlki iki gün protokollarda sonuncu sətri tutduqdan sonra ikiqat dünya çempionunun bu nəticəsi təqdirəlayiqdir. İspan sürücü həm də günün ən böyük məsafəsini qət edib. Alonso bir neçə aerodinamik və mexaniki yenilikləri yoxlayıb. Sabah Fernando testləri davam etdirəcək.

Heykki Kovalaynen bu gün dördüncü olub. Komanda xəbər verib ki, bu gün MP4-24-ə ilk dəfə quru asfaltda ön və arxa antiqanadların son versiyası quraşdırılıb və finlandiyalı sürücü yeni elementlərin effektliyinin öyrənilməsi ilə məşğul olub. Sabah onu Lyuis Həmilton əvəz edəcək. Adrian Sutil isə beşinci olub. Mark Uebber Red Bull RB5-in sükanı arxasında Sebastyan Fetteli əvəz etməklə yarışı uik-endinin imitasiyası ilə məşğul olub. Komanda hər şeyin normal keçdiyindən xəbər verib. Sabah Mark testləri davam etdirəcək.

Robert Kubitsa və Niko Rosberq protokollarda sonuncu sətirləri tutublar…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. T.Qlok Toyota Toyota 1:19.814 142
2. F.Massa Ferrari Ferrari + 0:00.424 135
3. F.Alonso Renault Renault + 0:00.482 152
4. H.Kovalaynen McLaren Mercedes + 0:00.721 85
5. A.Sutil Force İndia Mercedes + 0:00.807 63
6. M.Uebber Red Bull Renault + 0:01.207 98
7. R.Kubitsa BMW Sauber BMW + 0:01.255 98
8. N.Rosberq Williams Toyota + 0:01.598 125

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*