Xeres, 18 mart

Bu gün iki komanda Xeres testlərini davam etdirib. Protkollara Heykki Kovalaynen başçılıq edib – McLaren mühəndisləri aerodinamika ilə işləməyi davam […]

Bu gün iki komanda Xeres testlərini davam etdirib. Protkollara Heykki Kovalaynen başçılıq edib – McLaren mühəndisləri aerodinamika ilə işləməyi davam etdiriblər və müəyyən qədər inkişafa nail olublar: Heykki MP4-24 üçün həftənin ən yaxşı nəticəsini göstərib və Censon Battonun dünənki rekorduna cəmi 0.4 saniyə uduzub. Kovalaynen yeni elementlərin effektliyini yoxlayıb, yarışı imitasiya edib, sabah komanda qış testlərinə son qoyacaq.

Williams FW31-in sükanı arxasında Kazuki Nakacima işləyib, yapon sürücü maşının mövsümün ilk yarışına sazlanmaları ilə işləyib və Heykkiyə 1.8 saniyə uduzub. Sabah Kazuki komandasının mövsümöncəsi testlərini başa vuracaq…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. H.Kovalaynen McLaren Mercedes 1:18.202 79
2. K.Nakacima Williams Toyota + 0:01.812 103

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*