X.Algersuari Toro Rosso-nun heyətində təsdiq olunub

Scuderia Toro Rosso komandası Xayme Algersuarinin Macarıstan Qran Prisində iştirakını təsdiq edib. İspan sürücü komandadan azad edilmiş Sebastyen Burdeni əvəz […]

Scuderia Toro Rosso komandası Xayme Algersuarinin Macarıstan Qran Prisində iştirakını təsdiq edib. İspan sürücü komandadan azad edilmiş Sebastyen Burdeni əvəz etməklə Formula1 tarixində ən gənc sürücü olacaq…

Xayme Algersuari: “Mən Red Bull şirkətinə Formula1-də debüt etmək imkanına görə minnətdarlıq edirəm. Mən bunu sürücülük karyeramın ilk günündən arzu edirdim və Red Bull Junior proqramı sayəsində arzumu gerçəkləşdirə bildim.

Məni ciddi çağırış gözləyir. Formula1-də debüt etmək asan deyil, xüsusən də mövsümün ortasında, heç bir test keçirmədən, amma mən gənc sürücülərlə işləməyi bacaran komandanın dəstəyini hiss edirəm.”

Frans Tost:Red Bull şirkəti həmişə bizim komandanı gənc sürücülərə dəstək proqramının bir hissəsi kimi qəbul edib və Xayme bu proqramın ən yetkin sürücüsüdür. Mən başa düşürəm ki, yaxın bir neçə ay həm sürücü, həm də komanda üçün asan olmayacaq, əsas da testlərə qadağa üzündən, amma Red Bull hər şeyə hazırdır. İlk üç yarışda mən uğurlu çıxış gözləmirəm, Xayme hələ maşına, komandaya və Formula1-in atmosferinə öyrəşməlidir.”

Formula1-in ən gənc sürücüləri:
1. Xayme Algersuari (Macarıstan QP, 2009) – 19 il 4 ay 5 gün
2. Mayk Takuell (Kanada QP, 1980) – 19 il 5 ay 29 gün
3. Rikardo Rodriqes (İtaliya QP, 1961) – 19 il 6 ay 27 gün
4. Fernando Alonso (Avstraliya QP, 2001) – 19 il 7 ay 3 gün
5. Esteban Tuero (Avstraliya QP, 1998) – 19 il 10 ay 14 gün
6. Kris Əymon (Belçika QP, 1963) – 19 il 10 ay 20 gün
7. Sebastyan Fettel (ABŞ, 2007) – 19 il 11 ay 14 gün
8. Əddi Çiver (CAR QP, 1978) – 20 il 1 ay 22 gün
9. Censon Batton (Avstraliya QP, 2000) – 20 il 1 ay 22 gün
10. Tarso Markeş (Braziliya QP, 1996) – 20 il 2 ay 12 gün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*