X.Algersuari: “Mən trasda heç nədən qorxmuram”

Portuqaliyanın Publico qəzetinə müsahibəsində Formula1-in debütantı Xayme Algersuari bildirib ki, trasda heç nədən qorxmur… Xayme Algersuari: “Mən trasda heç nədən […]

Portuqaliyanın Publico qəzetinə müsahibəsində Formula1-in debütantı Xayme Algersuari bildirib ki, trasda heç nədən qorxmur…

Xayme Algersuari: “Mən trasda heç nədən qorxmuram və hətta nə vaxtsa öləcəyimi bilsəm belə, yarışlardan imtina etmərəm. Əvvəl-axır həyat qurtarır, hər bir sürücü bilir ki, bizim idmanda müəyyən qədər risk var. Mənim stilim? Sakit, konservativ, amma risk lazım olanda, aqresiv.

Mənim üçün nümunə Sebastyan Fetteldir, o da Toro Rosso-da başlamışdı və böyük uğurlar qazanıb. Əvvəlcə çempionata öyrəşmək lazımdır, boyun və çiyin əzələlərini bərkitməliyəm, sonra maşına inamımı artırmalıyam, daha sonra isə dövrədə nəticələrimi yaxşılaşdırmaqla xal qazanmağa başlamaq lazımdır.

Fernando Alonso? Bizim heç bir əlaqəmiz yoxdur, sadəcə həmyerliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*