X.P.Montoya Ferstappeni özünə oxşadıb

Sabiq Formula1 sürücüsü Xuan Pablo Montoya Maks Ferstappeni sürücü kimi özünə oxşadır.

F-1.az xatırladır ki, Montoya 2001-2006-cı illərdə Formula1-də mübarizə aparmışdı. Kolumbiyalı sürücü Formula1 karyerasını daha sonra NASCAR və İndyCar seriyalarında davam etdirmişdi.

Montoya bildirib ki, Ferstappenin hazırda üzləşdiyi tənqidləri vaxtında özü də eşidib: “Ferstappenin eşitdiyi tənqidlər… Mən də o cür tənqidləri çox eşitdim. Rəqiblərimi keçirdim… Daha sonra təqaüdə çıxdım və iki ildən sonra insanlar mənim üçün darıxırdılar. İlin ən yaxşı ötməsi mükafatını belə qazandım və düşünürəm ki, bu, mənim işimdir. Hamımız bunu etməliyik!”

Xatırladaq ki, Montoya 2001-ci ildə Formula1 karyerasının üçüncü yarışı olan Braziliyada Mixael Şumaxeri keçmişdi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*