WRC: K.Rəykkönen İCE 1 Racing komandasında çıxış edəcək

Dünən biz xəbər vermişdik ki, Kimi Rəykkönen ralli üzrə dünya çempionatında Citroen-in heyətində çıxışlarını davam etdirəcək. Amma əgər WRC-də debüt […]

Dünən biz xəbər vermişdik ki, Kimi Rəykkönen ralli üzrə dünya çempionatında Citroen-in heyətində çıxışlarını davam etdirəcək. Amma əgər WRC-də debüt mövsümündə Kimi Citroen Junior Team komandasının şərəfini qoruyurdusa, bu il finlandiyalı sürücü yeni İCE 1 Racing komandasının heyətinə qatılacaq.

Əsas komandanın sürücüləri Sebastyen Löb və Sebastyen Ojye kimi Rəykkönen də starta yeni reqlamentin tələblərinə uyğun hazırlanmış yeni Citroen DS3 WRC-nin sükanı araxsında yarışacaq. Yeri gəlmişkən, Kiminin komanda yoldaşı 2003-cü ilin ralli üzrə dünya çempionu norveçli Petter Solberq də eyni maşında çıxış edəcək.

Kimi Rəykkönenin mətbuat xidməti xəbər verib ki, sürücünün ilk proqramı mövsümün 13 yarışından 10-da çıxış etməyi nəzərdə tutub, hərçənd, proqramın genişləndirilməsi istisna edilmir. Müqavilənin təfərrüatları hələ bildirilməyib. Finlandiyalı sürücü fevralın 10-13-də İsveç Rallisində mövsümün ilk startına çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*