Williams yeni təyinatları elan edib

Williams komandası mühəndis korpusunda iki yeni təyinatı barədə elan yayıb – komanda Səm Mayklın texniki direktor vəzifəsini tərk etməsinə hazırlaşır… […]

Williams komandası mühəndis korpusunda iki yeni təyinatı barədə elan yayıb – komanda Səm Mayklın texniki direktor vəzifəsini tərk etməsinə hazırlaşır…

Avqustun 15-dən Ceyson Sommervil aerodinamika şöbəsinə başçılıq edəcək, Mark Gillan isə oktyabrın 1-dən baş mühəndis vəzifəsini tutacaq və bu vəzifədə mövsümün son yarışlarına baş çəkəcək.

Sommervil əvvəllər Williams-da çalışıb, BMW Lə Man proqramını bağladıqdan sonra 1999-cu ildə komandaya gəlmişdi, amma sonra Toyota komandasına keçmiş və son illərdə isə Lotus Renault GP komandasının aerodinamika şöbəsində layihə rəhbəri olub.

Gillan Formula1 karyerasını keçən əsrin sonlarında McLaren komandasında başlayıb, sonra Jaguar və Toyota komandalarının aparıcı mühəndisi olub, son illərdə isə Britaniya universitetlərindən birində dərs deyib.

Frənk Uilyams: “Komanda Ceyson və Mark gəlişinə sevinir. Onlar istedadlı və təcrübəli peşəkardırlar. Biz hiss edirik ki, Mayk Koflənlə birlikdə Ceyson və Mark texniki rəhbərliyi dügzün təşkil edə biləcəklər – komandanın yüksək zirvələrə qayıtması üçün bu zəruri addımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*