16 Oktyabr 2018, Çərşənbə axşamı - 22:47

Williams T.Volffun getməsini rəsmən təsdiq edib

Williams T.Volffun getməsini rəsmən təsdiq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:39 - 21 Yanvar, 2013

Williams komandasının icraçı direktoru, səhmdarı və həmsahibi Toto Volff Mercedes-Benz Grand Prix Ltd. şirkətində yeni fəzifəyə keçib – Britaniya komandası […]

Williams komandasının icraçı direktoru, səhmdarı və həmsahibi Toto Volff Mercedes-Benz Grand Prix Ltd. şirkətində yeni fəzifəyə keçib – Britaniya komandası bu gün rəsmən bu xəbəri təsdiq edib.

Volff Williams-ın direktorlar şurasını tərk edib, amma komandanın səhmdarı kimi qalıb. Komandanın başçısı, təsisçisi və əsas səhmdarı Frənk Uilyams bildirib ki, Volffun öhdəlikləri şuranın digər üzvləri arasında bölünəcək…

Frənk Uilyams: “Mən Totoya işinə və bizim komandaya sadiqliyinə görə təşəkkür etmək istəyirəm. Keçən il icraçı direktor kimi mənim gedə bilmədiyim Qran Prilərdə Toto komandaya layiqli başçılıq etmişdi.

Amma Mercedes-Benz-dən gələn təklif hər gün olmur və sözsüz ki, mən ona mane olmağı düşünmürəm. Toto Williams-ın səhmdarı olaraq qalacaq və Qrouvda ona həmişə şad olacaqlar, amma əminəm ki, trasda biz prinsipial rəqib olacayıq!

Əminəm ki, Mercedes-Benz də onu layiqincə qiymətləndirəcək və bütün komanda adından ona gəöləcək uğurlar arzulayıram.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər , , ,
Paylaş

logo