Williams testlərdə Kubitsa-Sirotkin cütü ilə iştirak edəcək

Williams komandası gələn həftə Əbu Dabidə keçiriləcək təkər tesrlərində Robert Kubitsa və Serqey Sirotkinin xidmətlərində istifadə edəcək.

F-1.az bildirir ki, Robert Kubitsa gələn il Felipe Massanı əvəzləmək üçün ən böyük namizədlərdən biridir. Kubitsa sükan arxasına ikinci gün səhər keçəcək. Nahardan sonra isə onu Stroll əvəz edəcək. Üçüncü gün isə maşın ilk olaraq Sirotkinə tapşırılacaq və rus sürücü günün ikinci hissəsində yerini Robertə verəcək.

Bu barədə Williams komandasının mətbuat katibi xəbər verib: “Bu testlərdə Pirelli-nin 2018-ci ilin təkərlərini yoxlamaq istəyirik. Gələn il komandada qalacaq Lənslə yanaşı, Robert və Serqey ilə test edəcəyimiz üçün həyəcanlıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*