19 Noyabr 2017, Bazar - 14:25

Williams sürücüləri son iki yarış üçün ümidlidirlər

Williams sürücüləri son iki yarış üçün ümidlidirlər

Müəllif: Rauf Hacıyev, redaktor

00:28 - 01 Noyabr, 2016

Williams komandasının sürücüləri Massa və Bottas bildiriblər ki, mühəndislər çempionatındakı 4-cü yer uğrunda mübarizə hələ də bitməyib…

F-1.az xatırladır ki, Meksika yarışını Bottas 8-ci, Massa 9-cu yerdə bitirmişdi. Force İndia komandasından isə Hülkenberq 7-ci, Peres 10-cu olmuşdu.

Bu nəticələrdən sonra Force İndia komandası Williams ilə olan fərqi 9 xala çıxarıb. Amma britaniyalılar Braziliya və Əbu Dabidə daha çox xal alacaqlarını düşünürlər.

Valtteri Bottas: “Komanda olaraq yaxşı işlər gördük. Strategiyamız işlədiyi üçün sevincliyəm. Tək pit-stoplu strategiyanın yaxşı işləyəcəyini düşünürdük. Doğru zamanda pit-stop etdik və yaxşı nəticə qazandıq.

Force İndia bizdən bir az sürətlidir. Buna görə də öndədirlər. Amma mövsümün bitməsinə iki yarış var və bu yarışlarda yaxşı nəticələr alacağımıza əminik”.

Massa Peresi arxasında tutduğu üçün sevincli olduğunu deyib: “Xüsusən də, ilk dövrə çox yaxşı idi. Bir neçə dəfə hücum edib, 6-cı yerə yüksələ bildim. Yarışın böyük hissəsində isə Peres ilə mübarizə apardıq. Düzlüklərdəki sürətimiz onu qabaqlamağa kömək etdi. Buna görə də sevincliyəm. Son yarışa qədər mübarizə aparacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 123
Teqlər , , , , , , ,
Paylaş

logo