25 Aprel 2018, Çərşənbə - 20:13

Williams sürücü heyətini yanvarda elan edəcək

Williams sürücü heyətini yanvarda elan edəcək

Müəllif: Elçin Zodorov, redaktor

08:04 - 16 Dekabr, 2017

Formula1-də gələn mövsüm üçün yalnız bir vakant sürücü yeri qalıb – Williams komandasında yarışacaq ikinci sürücünün adı məlum deyil. Namizədlər arasında 22 yaşlı Sergey Sirotkinin şansları daha çox qiymətləndirilir.

F-1.az xatırladır ki, Qrouv təmsilçisinin yaxın günlərdə Ləns Strollun komanda yoldaşını elan etməsi gözlənilirdi, lakin onlar bu məsələni yanvara qədər təxirə salmaq qərarına gəliblər.

Williams-ın mətbuat xidmətindən bildirilib: “Yanvar ayına qədər sürücü heyətini elan etməyəcəyimizi təsdiqləyirik. Bəyanatın tarixi hələ dəqiqləşdilirməyib, odur ki, siz Milad və Yeni il bayramlarından zövq ala bilərsiz. Builki dəstəyə görə sağ olun, 2018-ci ildə görüşərik!”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 85
Teqlər , ,
Paylaş

logo